Hüquqi məsələlərdə sübut toplamaq necə aparılmalıdır? - AÇIQLAMA
Hüquqi mübahisələrin taleyini çox vaxt tərəflərin təqdim etdiyi sübutlar müəyyən edir.
Eyni hadisə ilə bağlı fərqli iddialar irəli sürüldükdə, məhkəmə qərarı məhz faktların nə dərəcədə əsaslandırıldığına söykənir.
Bəs görəsən hüquqi məsələlərdə sübut toplamaq necə aparılmalıdır?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Sübut toplama prosesi ilk növbədə qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Çünki qanunsuz yolla əldə edilən materiallar, hətta faktiki olaraq doğru olsa belə, məhkəmə tərəfindən qəbul edilməyə bilər.
İlk addım mübahisənin predmetini dəqiq müəyyənləşdirməkdir. Hansı faktı sübut etmək istəyirsinizsə, sübutlar da məhz həmin faktı təsdiqləməlidir. Bu baxımdan sübutlar əsasən aşağıdakı formalarda toplanır:
Sənədlər: Müqavilələr, qəbzlər, yazışmalar, rəsmi arayışlar. Bunlar ən güclü sübut vasitələrindən sayılır.
Elektron sübutlar: Mesajlaşmalar, e-poçt yazışmaları, sosial şəbəkə paylaşımları. Bu sübutların saxlanılması və təqdimatı zamanı onların dəyişdirilmədiyini göstərmək vacibdir.
Şahid ifadələri: Hadisəni görmüş və ya məlumatı olan şəxslərin ifadələri.
Audio-video materiallar: Qanun çərçivəsində əldə olunmuş səs və görüntü yazıları. Gizli çəkilişlər bəzi hallarda mübahisəli sayılır.
Ekspert rəyləri: Texniki, tibbi və ya digər xüsusi bilik tələb edən hallarda mütəxəssis rəyləri.
Çox vacib məqamlardan biri sübutların qanuni üsulla əldə olunmasıdır. Məsələn, şəxsin razılığı olmadan onun şəxsi yazışmalarını yaymaq və ya gizli şəkildə səs yazısı aparmaq sonradan həmin sübutun etibarsız sayılmasına səbəb ola bilər.
Digər mühüm məsələ sübutların vaxtında toplanması və qorunmasıdır. Bir çox hallarda insanlar gecikdiyi üçün vacib sənədlər itir, yazışmalar silinir və ya hadisə ilə bağlı izlər yox olur.
Hüquqi mübahisələrdə sübut toplamaq təkcə material yığmaq deyil, həm də həmin sübutların düzgün təqdim edilməsi və hüquqi baxımdan əsaslandırılması deməkdir. Bu səbəbdən mürəkkəb hallarda peşəkar hüquqşünasın dəstəyi prosesi daha effektiv və təhlükəsiz edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO