CineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO
"Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında musiqi, üslub və təkrarsız enerji ilə dolu bir axşam baş tutdu. Bu möhtəşəm tədbir dünya səhnəsinin əfsanəsi Maykl Cekson haqqında çəkilmiş, böyük maraqla gözlənilən "Maykl" bioqrafik filminin dünya premyerasından 3 gün öncə keçirilən nümayişinə həsr olunmuşdur.
Tədbir əsl genişmiqyaslı dünyəvi hadisəyə çevrildi və hər detal incəliklə düşünülmüşdü. Kinoteatrın foyesi sənətkarın yaradıcılıq dövrlərindən ilhamlanan üslubda tərtib edilmişdi: zərif dekor, işıq effektləri və şou-biznes ab-havası qonaqlara pop musiqisinin kralının dünyasına səyahət hissi yaradırdı.
Qonaqları səmimi və bayram əhval-ruhiyyəsi qarşılayırdı - dadlı təamlar, müxtəlif içkilər və DJ-in musiqi setləri gecənin ritmini müəyyən edir, onu yüngüllük və parlaq təəssürat gözləntiləri ilə doldururdu.
Proqramın kulminasiyası Maykl Ceksonun məşhur hitləri altında təqdim olunan "A1" rəqs qrupunun möhtəşəm çıxışı oldu. Hərəkətlərin dəqiqliyi, ifaçıların xarizması və səhnənin güclü enerjisi tamaşaçılarda əsl emosiyalar yaratdı. Axşamın parlaq və eyni zamanda təsirli finalı isə əfsanəvi sənətkar obrazında çıxış edən gənc rəqqasın virtuoz nömrəsi oldu - bu çıxış tamaşaçıların xüsusi rəğbətini və alqışını qazandı.
"Maykl" filminin premyeradan öncə nümayişi qonaqların yaddaşında uzun müddət qalacaq parlaq mədəni hadisəyə çevrildi - ilham, musiqi və əfsanə ilə dolu bir axşam kimi.
Qapalı nümayişdə dəvət olunan xüsusi qonaqlar, tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Axşam "Maykl" filminin çoxdan gözlənilən nümayişi ilə yekunlaşıb.
"Maykl" filmi sənətkarın yolunu - ailə qrupunun tərkibində səhnəyə ilk addımlarından başlayaraq, dünya miqyasında musiqi və şou-biznes sənayesini dəyişən bir ikonaya çevrilməsinə qədər olan mərhələləri əhatə edir. Filmin rejissoru Antuan Fukua, baş rolu isə Maykl Ceksonun qardaşı oğlu Cafaar Cekson ifa edib ki, bu da ekran əsərinə xüsusi autentiklik və dərinlik qatır. Layihədə həmçinin Kolman Dominqo və Nia Lonq kimi aktyorlar da mühüm obrazları canlandırıblar.
Filmdə yalnız musiqi irsinə deyil, həm də Maykl Ceksonun həyatının pərdəarxası tərəflərinə - onun daxili hisslərinə, yaradıcılıq axtarışlarına və unikal obrazının formalaşmasına təsir edən hadisələrə xüsusi diqqət yetirilir. Tamaşaçıları "Thriller" və "Bad" albomlarından ilhamlanan əfsanəvi səhnə nömrələrinin yenidən canlandırılması, eləcə də sənətkarın həyatından nadir və əvvəllər nümayiş olunmayan məqamlar gözləyir.
Tamaşaçılar "Maykl" filmini "CineMastercard" kinoteatrlar şəbəkəsində orijinal -ingilis dilində, eləcə də rus dilində izləyə biləcəklər. Bundan əlavə, film 4DX və ScreenX formatlarında da təqdim olunur.















Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO