Mingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilib
2026-cı ilin 24 aprel tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına və anadan olmasının 118-ci ildönümünə həsr olunmuş "Mir Cəlal Paşayev yaradıcılığı: Ədəbi-estetik düşüncə, milli kimlik və müasir interpreasiyalar" mövzusunda elmi-praktik konfrans keçirilib.
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda universitetin professor-müəllim heyəti iştirak edib.
Konfrans Ümummilli lider Heydər Əliyev, yazıçı Mir Cəlal Paşayevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Öncə, Mir Cəlala Paşayevin yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.
Konfransı giriş nitqi ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatı və elmi fikrinin inkişafında müstəsna rol oynadığını vurğulayıb. Rektor qeyd edib ki, Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı milli-mənəvi dəyərlərin qorunması, ədəbi-estetik düşüncənin formalaşması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Anar Eminov bildirib ki, bu kimi elmi-praktik konfransların təşkili universitetdə humanitar elmlərə marağın artırılması, klassik ədəbi irsin müasir elmi yanaşmalar əsasında yenidən təhlili və tələbələrin tədqiqat bacarıqlarının inkişafı baxımından xüsusi önəm daşıyır. O, həmçinin vurğulayıb ki, Mingəçevir Dövlət Universitetində milli ədəbi irsin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlər universitetin elmi-ictimai mühitinin zənginləşdirilməsinə və akademik ənənələrin gücləndirilməsinə xidmət edir.
MDU-nun əməkdaşlarından baş müəllim Ayna Babazadə "Mir Cəlal Paşayev yaradıcılığında həyat həqiqətləri və bədii təsvir ustalığı", dosent Günel Yunusova "Azərbaycan ədəbiyyatı və elminin inkişafında Mir Cəlal missiyası", baş müəllim Pərvin Hüseynova "Yazıçının əsərlərində milli kimlik və mənəvi dəyərlər", baş müəllim Səadət Ağakişiyeva "Mir Cəlal əsərlərində müəllimə münasibət" və müəllim Gülay Bağırova "Mir Cəlal Paşayev və milli ədəbi tənqid məktəbi" mövzularında məruzələrlə çıxışlar ediblər.
Çıxışlar ətrafında aparılan müzakirələr zamanı iştirakçılar Mir Cəlal Paşayev irsinin müasir dövrdə aktuallığını xüsusi vurğulayaraq, bu irsin gənc nəsil arasında daha geniş təbliğinin vacibliyini qeyd ediblər. Bildirilib ki, yazıçının əsərlərində əks olunan ideyalar bu gün də milli kimliyin qorunması, mənəvi dəyərlərin yaşadılması və cəmiyyətin sağlam inkişafı baxımından əhəmiyyətini qoruyub saxlayır.
Konfrans interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib, iştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.
Sonda qeyd olunub ki, Mingəçevir Dövlət Universitetində bu kimi elmi tədbirlərin təşkili klassik ədəbi irsin öyrənilməsi, elmi tədqiqat mühitinin inkişafı və tələbələrin akademik potensialının gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin tərkib hissəsidir.












Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO