Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötürBu gün Azərbaycanın İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) Elmira Süleymanovanın vəfatının ildönümüdür.

Hüquq müdafiə fəaliyyəti daxili güc, səmimi mərhəmət və dəstəyə ehtiyacı olanlarla mənəvi istiliyini bölüşmək hazırlığı tələb edir. Haqsızlığa məruz qalanları müdafiə etmək və çətinliyə düşənlərə yardım göstərmək ağır, lakin son dərəcə vacib bir missiyadır ki, Elmira xanım bunu böyük ləyaqətlə yerinə yetirib. O, güclü xarakterə malik, həm özünə, həm də ətrafındakılara qarşı tələbkar bir şəxsiyyət idi. Onun qəlbi yalnız yaxınları üçün deyil, kömək üçün ona üz tutan minlərlə insan üçün yanırdı.

Lent.az xəbər verir ki, Elmira Süleymanovanın vəfatından iki il ötür.

O, 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. Elmira Süleymanova 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor olub. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü idi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

O, 2002-2019-cu illərdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsini tutub. Elmira Süleymanova Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə insan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və "Şərəf" ordeni ilə təltif edilib.

Elmira Süleymanova 2024-cü il aprelin 25-də 86 yaşında vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

Elmira Süleymanovanın fəaliyyəti haqqında ətraflı məlumat

Kimyaçı ixtisasına sahib olan Elmira Süleymanova bu sahədə böyük uğurlar qazanaraq elmlər doktoru olub, çoxsaylı elmi tədqiqatların və ixtiraların müəllifinə çevrilib. Kimya elminin inkişafına verdiyi töhfəyə görə 1979-cu ildə "SSRİ-nin Əməkdar kimyaçısı" fəxri adına layiq görülüb. Onun hesabında neft-kimya sahəsində təxminən 40 ixtira və 200-dən çox elmi iş var. 1970-ci illərdə onun işləmələri əsasında "Mənim Azərbaycanım" və "Şərq nəğmələri" ətirləri yaradılıb. İxtiralarının sənayedə tətbiqinə görə Elmira Süleymanova "SSRİ-nin ixtiraçısı" fəxri adına layiq görülüb.
Elmira xanımın alim kimi peşəkar bioqrafiyası nadir sabitliyi ilə seçilirdi: onun bütün əmək fəaliyyəti Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə bağlı olub. O, burada 25 aprel 1959-cu ildə işə başlayıb və ömrünün sonunadək - ümumilikdə 65 il fəaliyyət göstərib. O, onlarla elmlər namizədi və doktoru yetişdirən gözəl bir müəllim və mentor idi. İnsan hüquqları müdafiəçisi kimi böyük iş yükünə baxmayaraq, elmi və pedaqoji fəaliyyətini davam etdirirdi.

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötürElmira Süleymanovanın hüquq müdafiə fəaliyyətinə gəlişi

Elmira Süleymanova hüquq müdafiə fəaliyyətinə 1980-ci illərin sonlarında qadın hərəkatında iştirak etməklə başlayıb. Onun üçün mühüm mərhələ 1993-cü ildə Vyana Bəyannaməsi və Fəaliyyət Proqramının qəbulunda iştirakı olub. Məhz bu hadisəni o, hüquq müdafiə sahəsinə həqiqi girişi hesab edirdi. Artıq 1994-cü ildə o, Azərbaycanda qadın hüquqları üzrə ilk elmi-praktik mərkəzi olan "Qadınlar və İnkişaf" təşkilatını təsis edib və bu qurum qısa müddətdə beynəlxalq səviyyədə tanınıb. Sonradan təşkilat qadın və uşaq hüquqlarının müdafiəsi üzrə struktur kimi yenidən formalaşdırılaraq 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası yanında məsləhətçi statusu alıb.

Dünyanın 100 qəhrəman qadınından biri

Beynəlxalq ictimaiyyət də onun fəaliyyətini yüksək qiymətləndirib: 1998-ci ildə Roçester Universiteti onu qadın hüquqlarının müdafiəsi sahəsində "Dünyanın 100 qəhrəman qadını" siyahısına daxil edib. Sonrakı illərdə onun təşəbbüsü ilə yeni layihələr həyata keçirilib: 2000-ci ildə "Uşaqdan uşağa" adlı uşaq sülhməramlı şəbəkəsi, 2001-ci ildə "Liderlik məktəbi", qadın, uşaq və gənclərin hüquqlarının müdafiəsi üzrə QHT Alyansı, həmçinin yaşlı qadınlar üçün ilk resurs mərkəzi yaradılıb. 2000-2002-ci illərdə o, UNICEF nəzdində Şərqi Avropa və MDB ölkələrinin QHT-lərinin regional komitəsində uşaq hüquqları üzrə milli koordinator vəzifəsini icra edib.

2002-ci ildə ümummilli lider Heydər Əliyev ona ölkənin ilk ombudsmanı vəzifəsini təklif edəndə, o artıq hüquq müdafiəsi sahəsində böyük təcrübə və nüfuz qazanmışdı. Dövlət qurumlarına etdiyi müraciətlər diqqətsiz qalmır, demək olar ki, həmişə nəticə verirdi. Təkcə onu qeyd etmək kifayətdir ki, onun vəsatətləri sayəsində təxminən 700 nəfər həbsdən azad edilib.

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötürAzərbaycanda insan hüquqları müdafiəçisi institutunun yaradılması asan iş deyildi. Elmira Süleymanova bu institutu Azərbaycanın reallıqlarını və xüsusiyyətlərini nəzərə alaraq sıfırdan qurmuşdu. Dünyanın heç bir ölkəsində bir milyon qaçqın və məcburi köçkün, bu qədər müharibə əlili, Birinci Qarabağ müharibəsindən sonra psixoloji və sosial reabilitasiyaya ehtiyacı olan bu qədər insan yox idi. İşin qurulduğu beynəlxalq tövsiyələr bu xüsusiyyətləri nəzərə almırdı. Süleymanova isə möhkəm bir sistem qurdu: onun yaratdığı insan hüquqlarının müdafiə mexanizmi bu gün də uğurla fəaliyyət göstərir.

Ombudsman vəzifəsindən sonrakı fəaliyyət

Ombudsman vəzifəsindən ayrıldıqdan sonra Elmira xanım hüquq müdafiəsi mövzusundan tam uzaqlaşmadı. Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini kimi fəaliyyət göstərərək vəziyyəti izləməyə davam edib.

Elmira Süleymanovanın xidmətləri diqqətdən kənarda qalmadı. Onun fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. O, "Şöhrət", "Şərəf" və "Vətənə xidmətə görə" ordenləri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub. Mükafatları sırasında "Polşa Respublikası qarşısında xidmətlərə görə" ordeni, Beynəlxalq Sülh Mükafatı və digər təltiflər yer alır. 2015-ci ildə o, Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının üzvü olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 560   Tarix: 25 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

17 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr