"Toyumda Röya Ayxan təbrik yazırsa, siz KİMSİNİZ?"

"Toyumda Röya Ayxan təbrik yazırsa, siz KİMSİNİZ?"Müğənni Aysun İsmayılova son açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Milli.Az-ın məlumatına görə, sənətçi keçmişindən və həmkarları ilə münasibətlərindən danışaraq maraqlı məqamlara toxunub. Aysun bildirib ki, karyerasının ilk illərində anasının yanında toylara pulsuz getdiyini heç vaxt unutmadığını vurğulayıb: "Vaxt var idi anamın yanında toylara pulsuz gedirdim, bunu unutmaq olmaz".

O, həmçinin "Yeni Ulduz" yarışması dövrünü xatırladaraq, Sevil-Sevinc Səfərova bacıları ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. Müğənninin sözlərinə görə, həmin vaxt yalnız özü onların yanında olub və bir çox şeyləri birlikdə bölüşüblər:

"Vaxt var idi, anamın yanında toylara pulsuz gedirdim, bunu unutmaq olmaz. "Yeni Ulduz" yarışması vaxtı Sevil-Sevinc Səfərova-in yanında yalnızca mən olmuşam. Onların maşınları yox idi, xalam oğlanları şou proqram aparırdı. Bunları söz xatirinə demirəm. Əgər bir yerdə çörək kəsmişiksə, şəxsi həyatımızı, sirrimizi bölüşmüşüksə, üstündən bir neçə il keçəndən sonra tanınanda belə davranmaq düzgün deyil. Toyumda Röya Ayxan təbrik yazırsa, siz kimsiniz? Özəl günümə çağıranda ola bilər ki, gəlmək alınmasın - məndə də belə hallar olur, amma ən azından hədiyyəmi göndərirəm. Onu da keçdim, heç olmasa mesaj yaza bilərlər. Əgər bunların heç biri yoxdursa, heç bir səmimiyyətdən söhbət gedə bilməz. Özləri özbək mahnıları oxuyurlar, amma bizim kimi müğənnilərə "qıjı" deyə bilməzlər".

Qalmaqallı açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 707   Tarix: 25 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin

18 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr
.

Dünyaca məşhur müğənninin səhnədə ətəyi düşdü

Dünyaca məşhur müğənni Jennifer Lopez son konsertində bədbəxt geyim qəzası yaşayıb. Mahnı oxuyub rəqs etdiyi zaman kostyumu sürüşən sənətçi səhnədə çətin anlarla üzləşib. Onun köməyinə isə rəqqaslarından biri çataraq vəziyyəti qısa müddətdə toparlayıb. xarici mediaya istinadla xəbər verir ki, səhnəd

4 sentyabr
.

"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO

Rəqqasə və xına məclislərinin təşkilatçısı Fatimə Fətəliyeva keçmiş həyat yoldaşı və onun ailəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, sənətçi keçmiş qayınanası barədə danışmaq istəmədiyini bildirərək onunla bağlı eşitdiyi məlumatları da bölüşüb. Fatimə Fətəliyevanın sözlərinə görə

5 sentyabr
.

Bülent Ersoyun estetik əməliyyatdan sonrakı görünüşü gündəm oldu: "Mənə abla deməyin"

Türkiyənin məşhur sənətçisi, "Diva" ləqəbli Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü və diqqətçəkən açıqlaması ilə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Ersoyun Kuşadasında baş tutan konserti zamanı yaşanan hadisə də geniş müzakirələrə səbəb olmuşdu. Səhnəy

7 sentyabr
.

Məşhur türk müğənni yaşını 4 yaş azaldıb

Türkiyəli məşhur müğənni və aparıcı Seda Sayan barədə maraqlı məlumat diqqət çəkib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı sənətçi yaşını məhkəmə qərarı ilə 4 yaş azaldıb. Sedanın şəxsiyyət vəsiqəsində 1959-cu il olan təvəllüdü 1962 olaraq dəyişdirilib. Onun qərarı izləycilər arasınd

30 avqust
.

Xəstəxanaya yerləşdirilən Xosedən DİQQƏTÇƏKƏN ADDIM - FOTO

Reper Elşad Xose sosial media hesabındakı addımla diqqət çəkib. xəbər verir ki, Xose instaqram səhifəsində bütün şəkillərini silib. O, yalnız 2021-ci ildə paylaşdığı və "Birazdan sükut pozulacaq" şərhli fotosunu saxlayıb. Qeyd edək ki, bir müddət əvvəl "skndl" səhifəsi Elşadın Maştağad

30 avqust
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Meksikada "Camilo Septimo" rok qrupunun üzvü Conatan Melendes, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və ailənin dayəsi evlərində qətlə yetirilib. Ailənin iti də öldürülüb. "Qafqazinfo" xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı Melendes və ailə üzvlərini

4 sentyabr