Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilirAzərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qazaxıstanın Astana şəhərində keçirilən Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması üzrə yüksək səviyyəli sessiyaya qatılıb.

"Report" xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Qazaxıstanın Astana şəhərində keçirilən "RES 2026"da erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması üzrə yüksək səviyyəli sessiyaya qoşuldum", - o bildirib və əlavə edib ki, ekstremal hava hadisələri qısa, orta və uzunmüddətli perspektivlərdə getdikcə daha çox əsas risk kimi müəyyən olunur:

"Eyni zamanda iqlim riskləri sürətlənməkdə davam edir - artan temperaturlar, şiddətlənən ekstremal hallar və sürətli buzlaq itkisi daşqınlara, quraqlıqlara və digər təhlükələrə məruzqalma riskini artırır".

M. Babayev vurğulayıb ki, bu, artıq Mərkəzi Asiyada müşahidə olunur. "Buzlaqların geri çəkilməsi yeni risklər, o cümlədən həm dağ, həm də çayların aşağı axarında yerləşən icmalar üçün fəsadlar törədən buzlaq göllərinin daşması nəticəsində daşqınlar yaradır", - Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi qabardıb.

Onun sözlərinə görə, Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin və iqlim risklərinin monitorinqinin gücləndirilməsi istiqamətində işlər davam edir: "COP29-da ilk Milli Adaptasiya Planının təqdim edilməsi riskləri daha sistemli şəkildə formalaşdırmağa və cavab tədbirlərini istiqamətləndirməyə kömək edərək bu istiqamətə əlavə təkan verir.

Eyni zamanda, adaptasiya səylərinin genişləndirilməsindən tutmuş itki və zərər üçün dəstəyin işlək vəziyyətə gətirilməsinə qədər COP-un son nəticələri diqqəti tədricən icraya doğru yönləndirir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 605   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

17 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr