Çoxmərtəbəli binalarda kombi dövrü bitir? - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur.
Sonxeber.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək.
Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sistemlərinə icazə veriləcək.
Məhdudiyyət yalnız texniki məsələ ilə bağlı deyil. Mütəxəssislərin sözlərinə görə, hündürmərtəbəli binalarda hər mənzildən çıxan borular həm estetik görünüşü pozur, həm də insan həyatı üçün gizli təhlükə mənbəyinə çevrilir.
Qərarda alternativ yollar da göstərilib. Əgər ərazidə qaz yoxdursa və ya istilik bərpa olunan enerji mənbələri, məsələn, günəş panelləri vasitəsilə təmin ediləcəksə, fərdi sistemlərə icazə verilə bilər.
Digər hallarda isə əsas yük 2025-ci ildən etibarən genişlənəcək mini qazanxanaların üzərinə düşəcək. Bu da binaların vahid mərkəzdən və daha təhlükəsiz şəkildə qızdırılması deməkdir.
Yeni qaydalar həm tikinti şirkətləri, həm də mənzil alacaq vətəndaşlar üçün yeni standartlar formalaşdırır. Artıq mənzil seçərkən binanın neçə mərtəbəli olması və istilik sisteminin növü əsas şərtlərdən biri olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 602 Tarix: 26 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYevlaxda ağır qəzada 2 nəfər öldü
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura
17 noyabrGürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü
Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin
18 noyabrQədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
16 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabrMediaya ayrılan pul çox azdır - Deputat
Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy
16 noyabrAzərbaycanda Milli Dirçəliş Günüdür
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü
17 noyabrXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
17 noyabr