Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO

Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEOABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri təhlükəsizlik təhdidi səbəbindən şənbə günü "Washington Hilton" hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyindən təxliyə ediliblər.

Oxu.Az yerli KİV-ə istinadən xəbər verir ki, hoteldə atəş səsləri eşidilib.

Məxfi Xidmət yüzdən çox insanın Trampın çıxışını gözlədiyi banket zalını mühasirəyə alıb. Orada olanlardan bəziləri beşdən səkkizə qədər atəş səsi eşitdiklərini bildiriblər. Atəş açan şəxs özü zala daxil olmayıb, hadisə hotelin digər otaqlarından birində baş verib.

Tədbirdə iştirak edənlər arasında Trampdan başqa, birinci xanım Melaniya Tramp, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, hərb naziri Pit Heqset və ABŞ dövlət katibi Marko Rubio da olublar. Bütün dəvətlilər təxliyə ediliblər.

Daha sonra D.Tramp Məxfi Xidmətin atəş açan şəxsi saxladığını bildirib. Şübhəlinin Kaliforniya ştatının sakini, 31 yaşlı Koul Tomas Allen olduğu müəyyən edilib.

"Vaşinqton, Kolumbiya dairəsində hadisələrlə dolu bir axşam. Məxfi Xidmət və hüquq-mühafizə orqanları fantastik iş gördülər. Onlar cəld və mərdliklə hərəkət etdilər. Atıcı saxlanılıb və mən "şounu davam etdirməyi" tövsiyə etdim, lakin tamamilə hüquq-mühafizə orqanlarının tövsiyələrini rəhbər tutacağam", - deyə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb və atəş açdığı ehtimal edilən şəxsin fotosunu paylaşıb.

Atışmadan bir müddət sonra Tramp mətbuat konfransı keçirib. O, hücum edənin bir neçə ədəd silahı olduğunu və güllənin Məxfi Xidmət əməkdaşlarından birinə dəydiyini, lakin onu zirehli gödəkçənin qoruduğunu bildirib.

Trampın sözlərinə görə, insidentlə əlaqədar jurnalistlərlə görüşün təxirə salınmasına qərar verilib.

Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEOTrampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEOTrampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEOTrampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 688   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda kişi arvadını marketdə, autizm​li övladının gözü qarşısında döydü - Video

Bakıda kişi həyat yoldaşını marketdə, autizm​li övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın

18 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

Avtobus sürücülərindən maraqlı performans - Biri oxudu, digərləri ifa etdi - Video

Bu gün 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar "BakuBus"ın sürücüləri maraqlı kompozisiya ilə çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, məşhur "İntizar" ("Vəfadarım mənim") mahnısı sürücülər tərəfindən ifa olunub. İfaçı - 500 nömrəli avtobusun sürücüsü Elçi

18 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr
.

DSX-nin tarixinə düşən general vəfat etdi

Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd

18 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy

17 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

Şəhid atası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu

17 sentyabr