Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ

Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələAzərbaycan və Ukrayna xalqları arasında əlaqələr uzun illərin tarixinə malikdir. Bu əlaqələrin təməli hələ XX əsrin əvvəllərinə, hər iki ölkənin Sovet İttifaqı tərkibində olduğu dövrə gedib çıxır. Bu illərdəki əlaqələr SSRİ tərkibində mərkəzləşdirilmiş şəkildə qurulsa da, xalqlar arasında qarşılıqlı ünsiyyət və əməkdaşlıq müəyyən səviyyədə inkişaf etmişdi.
SSRİ-nin dağılması ilə hər iki ölkə müstəqillik əldə etdi və yeni geosiyasi şəraitdə münasibətlərini müstəqil şəkildə qurmağa başladı. Azərbaycan və Ukrayna arasında 1992-ci ildən əsası qoyulan diplomatik əlaqələr bu gün də uğurla davam etdirilir. Bu onilliklər ərzində prezidentlərin, eləcə də hökumət başçılarının, parlament sədrlərinin, xarici işlər nazirlərinin və digər hökumət nümayəndələrinin qarşılıqlı səfərləri münasibətləri yüksək səviyyəyə qaldırıb. Prezident İlham Əliyevin 2022-ci ilin yanvar ayında
Ukraynaya işgüzar səfəri zamanı ayrı-ayrı sahələri əhatə edən mühüm sənədlər imzalanıb. Bundan başqa, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri keçirilib. Bütün bunlar ölkələrimiz arasında dostluq xarakteri daşıyan münasibətlərin, uzunmüddətli müttəfiqlik əlaqələrinin olduğunu göstərir.
Əvvəlki illədən bu günə kimi iki ölkə arasında siyasi əlaqələr ardıcıl şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Bu təşkilatlar sırasında Birləşmiş Millətlər Təşkilatı, ATƏT və GUAM xüsusi yer tutur.
Aprelin 25-də baş tutan Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycanda işgüzar səfəri Azərbaycan və Ukrayna arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəkdir. İki ölkə başçısının Azərbaycanın Qəbələ şəhərində təkbətək və geniş tərkibdə görüşü keçirilib və görüşlər zamanı ölkələrimiz arasındaki əlaqələr geniş müzakirə olunub.
Görüşlərdən sonra keçirilən mətbuata bəyanat zamanı Prezident İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevə səfərini xatırlayıb. Ukrayna Prezidenti ilə görüşü zamanı aparılan fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. İki ölkə arasında əməkdaşlığın çox güclü siyasi təməli vardır. Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək".
Prezident İlham Əliyevin qeyd etdiyi kimi son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Keçmişdə iqtisadi əlaqələr əsasən sovet plan iqtisadiyyatı çərçivəsində qurulmuşdu. Müstəqillikdən sonra isə bu münasibətlər bazar iqtisadiyyatı prinsiplərinə uyğun şəkildə yenidən formalaşdırıldı. Bu gün Azərbaycan Ukraynanın enerji təhlükəsizliyində mühüm rol oynayır. SOCAR Ukraynada yanacaq bazarında aktiv fəaliyyət göstərir və enerji təchizatının şaxələndirilməsinə töhfə verir. İki ölkə arasında ticarət dövriyyəsi müxtəlif sahələri əhatə edir. Azərbaycan əsasən enerji məhsulları ixrac edir, Ukrayna isə kənd təsərrüfatı məhsulları, metallurgiya və sənaye malları ilə təmsil olunur. TRACECA layihəsi çərçivəsində əməkdaşlıq Avropa ilə Asiya arasında tranzit imkanlarının genişləndirilməsinə xidmət edir. Bu, hər iki ölkənin geostrateji mövqeyini gücləndirir.
Qəbələdə keçirilən mətbuat konfransında ölkə başçısı qeyd edib ki, bir çox istiqamətlər üzrə bu gün biz uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi. Bu gün müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: "Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var".
İki ölkə başçısının görüşü zamanı hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsal ilə bağlı çox gözəl imkanlar var", - deyə dövlətimizin başçısı vurğulayıb.
Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski hərbi sahədə əməkdaşlıq məsələlərinə toxunaraq bildirib ki, "müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik. Biz bu məqsədə nail olmaq üçün çox çalışmalıyıq". Rusiya ilə müharibəyə də toxunan Ukrayna Prezidenti vurğulayıb ki, bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı, həmçinin istərdik ki, Azərbaycanda aparaq.
Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatında Ukraynanın enerji sahəsindəki təchizatına toxunaraq bildirib ki, son illərdəki ağır bir dövrdə Azərbaycandan 11 yardın paketi alıblar və Azərbaycana bu yardıma görə öz təşəkkürünü bildirib. Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib: "Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq", - deyə Ukrayna Prezidenti vurğulayıb".
Hazırkı mərhələdə Azərbaycan və Ukrayna arasında münasibətlər daha da dərinləşməkdədir. Regional təhlükəsizlik məsələləri, enerji marşrutlarının genişləndirilməsi və yeni iqtisadi layihələr əməkdaşlığın əsas istiqamətləri olaraq qalır. Xüsusilə dəyişən geosiyasi şərait fonunda bu iki ölkənin bir-birinə olan ehtiyacı artır. Qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və ortaq maraqlar gələcək əməkdaşlığın əsasını təşkil edir.
İki ölkə başçılarının Qəbələ şəhərində keçirilə görüşlərdə qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışılıb. Əminik ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin öıləmizə səfəri Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 363   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda çıxarışlı və çıxarışsız mənzillər arasında qiymət fərqi nə qədərdir? - ARAŞDIRMA

Bakıda çıxarışlı və çıxarışsız mənzillərin qiymət fərqini yalnız "neçə manat fərq edir" sualı ilə qiymətləndirmək düzgün olmaz. Bu fərq təkcə mənzilin satış qiymətində deyil, həm də satış sürətində, hüquqi təhlükəsizlikdə və alıcı marağında özünü göstərir. Çıxarışlı mənzil dövlət tərəfində

20 iyun
.

Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub

Belarus Müdafiə Nazirliyinin Qoşun Xidməti İdarəsinin rəisi polkovnik Dmitri Jukovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Belarus Respublikas

20 iyun
.

Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR

Bir çox vətəndaş yaxınlarını itirdikdən sonra dəfn müavinətinin alınma proseduru ilə bağlı çətinlik yaşayır. Mövcud qanunvericiliyə əsasən, bu sosial ödənişdən Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər. xəbər verir ki, qaydalar

20 iyun
.

Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama

Bakıda mənzil sahibi olmaq minlərlə ailənin əsas məqsədlərindən biri olsa da, son illərdə daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımları bu hədəfə çatmağı xeyli çətinləşdirib. 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,1 mana

20 iyun
.

Toy mədəniyyətində dönüş - ŞOK QADAĞA GÜNDƏMDƏ

Bəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, cəmiyyət alternativ yanaşmaları tədricən qəbul edir. Azərbaycanda yas mərasimlərində ehsanın mərhələli şəkildə aradan qaldırılması cəmiyyətin uzun illər formalaşmış sosial stereotiplərinin dəyişə bildiyini göstərdi

21 iyun
.

Füzulidə 15 yaşlı oğlan kanalda boğuldu

Füzuli rayonunda yeniyetmə oğlan kanalda boğulub. -ın məlumatına görə, hadisə iyunun 19-da günorta saatlarında rayonun keçmiş məcburi köçkünlər üçün salınmış Qayıdış-9 qəsəbəsində baş verib. Qəsəbə sakini 2011-ci il təvəllüdlü F.Hüseynov yaxınlıqdakı su kanalında çimərkən boğulub. Faktla bağlı araşdırm

20 iyun
.

Bazar günü Bakıda 32 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti, gündüz 27-32 ist

20 iyun
.

Ötən il neçə saxta diplom aşkarlanıb?

Ötən il 58 saxta diplom aşkarlanıb. Bunu Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayı əsasında müxbiri müəyyən edib. "2025-ci ildə ümumilikdə 156 nəfərə (o cümlədən 108 bakalavr və 48 orta ixtisas) aid diplomların həqiqiliyinin yoxlanılması üçün Elm və Təhsil Nazirliyin

20 iyun
.

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

Çoxmənzilli binalarda yaşayan vətəndaşlardan müxtəlif adlarla ödənişlərin tələb olunması tez-tez suallar doğurur. Xüsusilə JEK-ə edilən ödənişlərlə yanaşı bələdiyyə tərəfindən əlavə vergi tələbi mübahisə yaradır. Bu halda əsas məsələ həmin ödənişlərin hüquqi əsasının olub-olmamasıdır. Bina evində yaşaya

21 iyun