Azərbaycan bütün münaqişələrin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir

Azərbaycan bütün münaqişələrin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyirAzərbaycan uzun illər müharibə şəraitində yaşamış bir ölkə kimi bu cür münaqişələrin yaratdığı ağır fəsadları çox yaxşı anlayır və müharibədən zərər çəkmiş xalqlara hansı istiqamətlərdə dəstəyin vacib olduğunu real təcrübə əsasında bilir.
İlk növbədə humanitar məsələlərdə dəstəyin ön plana çıxarılması tam məntiqli və əsaslandırılmış yanaşmadır. Azərbaycan ötən illər ərzində müharibədən əziyyət çəkən Ukrayna xalqına müxtəlif istiqamətlərdə humanitar yardımlar göstərib. Bu yardımlar sırasında dağıdılmış məktəblərin bərpası, dərman və tibbi ləvazimatların göndərilməsi, kritik vaxtda təcilli yardım maşınlara yanacaq yardımın edilməsi, generator və transformatorlarla təminat kimi həyati əhəmiyyətli layihələr xüsusi yer tutur. Yəni, özü də çətinliklərdən keçmiş bir ölkə olaraq Azərbaycan kritik vəziyyətdə olan bir xalqa real və praktiki dəstək nümayiş etdirib.
Bununla yanaşı, ukraynalı uşaqların və tələbələrin reabilitasiyası məqsədilə onların mütəmadi olaraq Azərbaycana gətirilməsi, psixoloji və sosial dəstək proqramlarına cəlb olunması da diqqətəlayiqdir. Bu, təkcə maddi deyil, eyni zamanda mənəvi həmrəyliyin də göstəricisidir.
Humanitar yardım xətti ümumilikdə Azərbaycanı beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir. Müharibədən zərər çəkmiş əhaliyə göstərilən dəstək Ukrayna cəmiyyətində ölkəmizə qarşı müsbət ictimai rəy formalaşdırır. Bu isə gələcək siyasi və iqtisadi əməkdaşlıq üçün mühüm sosial baza yaradır.
Azərbaycanın Ukrayna ilə münasibətlərində enerji təhlükəsizliyi, mina təmizlənməsi və bərpa-quruculuq sahələrini ön plana çıxarması strateji baxımdan çoxşaxəli və uzunmüddətli təsirlər vəd edir. Bu yanaşma yalnız mövcud əməkdaşlığı dərinləşdirmir, eyni zamanda gələcək tərəfdaşlığın institusional əsaslarını da möhkəmləndirir.
Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın enerji resursları və alternativ enerji potensialı Ukraynanın enerji diversifikasiyası siyasətinə mühüm töhfə verə bilər. Bu isə daha geniş kontekstdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu artırır və ölkəmizi regionda strateji aktor kimi möhkəmləndirir.
Mina təmizlənməsi sahəsində Azərbaycanın əldə etdiyi unikal təcrübə Ukrayna üçün xüsusilə актуaldır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı minatəmizləmə işləri ölkəmizə ciddi texniki və institusional bilik qazandırıb. Bu təcrübənin paylaşılması həm humanitar, həm də praktiki əməkdaşlığın genişlənməsinə xidmət edə bilər.
Bərpa-quruculuq istiqamətində isə Azərbaycan son illərdə böyük infrastruktur layihələrini uğurla həyata keçirib. Dağıdılmış ərazilərin qısa müddətdə yenidən qurulması sahəsində əldə olunan təcrübə Ukraynanın post-müharibə bərpasında faydalı ola bilər. Bu, eyni zamanda Azərbaycan şirkətləri üçün yeni iqtisadi imkanlar yaradır və qarşılıqlı investisiya axınını təşviq edir.
Nəticə etibarilə, bu dörd istiqamətin prioritetləşdirilməsi Azərbaycan-Ukrayna münasibətlərini daha praktik, qarşılıqlı faydaya əsaslanan və dayanıqlı müstəviyə keçirə bilər. Bu yanaşma siyasi dialoqu gücləndirməklə yanaşı, iqtisadi inteqrasiyanı da sürətləndirəcək və hər iki ölkənin regional və qlobal mövqelərini möhkəmləndirəcək.
Aprelin 25-də baş tutan Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycanda işgüzar səfəri Azərbaycan və Ukrayna arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəkdir. Görüşlərdən sonra keçirilən mətbuata bəyanat zamanı Prezident İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevə səfərini xatırlayıb. Ukrayna Prezidenti ilə görüşü zamanı aparılan fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. İki ölkə arasında əməkdaşlığın çox güclü siyasi təməli vardır. Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək".
Qeyd olunmalıdır ki, Azərbaycan dövləti milli maraqlara əsaslanan müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür. Ölkəmizin digər dövlətlərlə qurduğu ikitərəfli münasibətlər heç bir halda üçüncü tərəflərin maraqlarına qarşı yönəlmir. Bu kontekstdə, Rusiya-Ukrayna müharibəsi davam etdiyi şəraitdə Azərbaycan Ukrayna ilə hərbi əməkdaşlıq həyata keçirmir.
Azərbaycanın həm qonşu dövlətlərlə, həm də uzaq region ölkələri ilə münasibətlərdə balansı qoruması ölkəmizə eyni zamanda sülh təşəbbüslərində iştirak etmək və dialoq platforması kimi çıxış etmək imkanı yaradır. Uzun illər ərazi bütövlüyü problemi və müharibə yaşamış bir ölkə kimi Azərbaycan bütün münaqişələrin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 602   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

17 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr