Azərbaycan-Ukrayna əməkdaşlığı inkişafdadır

Azərbaycan-Ukrayna əməkdaşlığı inkişafdadırAzərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə, etimada və strateji baxışa əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. İki ölkə arasındakı əlaqələr təkcə siyasi-iqtisadi münasibətlər çərçivəsində deyil, eyni zamanda xalqlar arasında humanitar yaxınlaşma və qarşılıqlı dəstək müstəvisində də inkişaf edir. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri və dövlətimizin başçısı cənab İlham Əliyevin onunla aprelin 25-də Qəbələdə keçirdiyi təkbətək və geniş tərkibdə görüşü ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm və geniş imkan yaratdı.
Son illərdə Azərbaycan-Ukrayna əməkdaşlığında humanitar istiqamət xüsusi çəkisi ilə seçilir. Azərbaycan müharibədən zərər çəkmiş Ukrayna xalqına dəstək göstərməklə beynəlxalq həmrəyliyə sadiqliyini əməli şəkildə ortaya qoyur. Xüsusilə ukraynalı uşaqlar üçün təşkil olunan reabilitasiya proqramları dərin sosial və mənəvi məzmun daşıyır. Bununla yanaşı, Azərbaycanın Ukraynaya göstərdiyi texniki-humanitar yardım da diqqətəlayiqdir. Enerji infrastrukturuna dəyən zərərin nəticələrinin aradan qaldırılması üçün elektrik generatorlarının göndərilməsi minlərlə insanın gündəlik həyatının təmin olunmasına xidmət edir. Xüsusilə xəstəxanalar və sosial obyektlər üçün bu cür dəstək həyati əhəmiyyət kəsb edir və Azərbaycanın məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bundan başqa, Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu iki xalq arasında etibarlı körpü rolunu oynayaraq mədəni, sosial və humanitar əlaqələrin genişlənməsinə mühüm töhfə verir.
Azərbaycanın mina təmizləmə və müharibədən sonra bərpa sahəsində topladığı zəngin təcrübə Ukrayna üçün də mühüm əhəmiyyət kəsb edə bilər. İşğaldan azad edilmiş ərazilərdə qısa müddətdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın bu sahədə unikal model formalaşdırdığını göstərir. Bu təcrübənin paylaşılması gələcək əməkdaşlıq üçün real və perspektivli istiqamətlər açır.
Azərbaycan bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipini ardıcıl şəkildə müdafiə edir və bu yanaşmanı beynəlxalq münasibətlərin əsas şərti hesab edir. Məhz bu yanaşma beynəlxalq hüququn aliliyinə, dövlətlərarası münasibətlərdə etimad mühitinin qorunmasına və qlobal sabitliyin təmin olunmasına xidmət edir. Hərbi qarşıdurmalar heç bir halda uzunmüddətli həll yolu deyil və yalnız humanitar fəsadları daha da ağırlaşdırır. Məhz buna görə də Azərbaycan problemin dialoq, qarşılıqlı anlaşma və diplomatik vasitələr əsasında həllini dəstəkləyir.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 531   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

17 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr