Ömrü 10 gün, qoparmağın cəzası bir maşın qiyməti

Ömrü 10 gün, qoparmağın cəzası bir maşın qiymətiTürkiyənin Manisa şəhərində yerləşən Spil Dağı Milli Parkında ildə cəmi bir dəfə açan və yalnız 10 gün canlı qala bilən endemik Manisa laləsi çiçəkləyib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qısa ömürlü bu nadir çiçəklər hər il çoxsaylı ziyarətçinin marağına səbəb olur. Təbiətsevərlər Manisa laləsini yerində görmək və şəkillərini çəkmək üçün Spil dağına üz tuturlar.

Ziyarətçilərdən Erdal Arslan bildirib ki, bu lalələri görmək üçün dostları ilə birlikdə xüsusi olaraq milli parka gəliblər: "İldə bir dəfə açır. Təkcə onları görmək üçün belə gəlməyə dəyər. Möhtəşəm mənzərə var. Qətiyyən qoparmayın, çünki cəriməsi təxminən bir avtomobil qiyməti qədərdir. Bu da onun nə qədər qiymətli olduğunu göstərir".

Digər ziyarətçi Özcan Soydam isə çiçəkləri fotoşəkilə çəkmək üçün gəldiyini deyib: "Manisa üçün çox dəyərli bir güldür. İldə bir dəfə açır. Şəkilini çəkmək istədim. Budağında qalması daha gözəldir".

Səlahiyyətli qurumlar vətəndaşları xəbərdar edərək bildiriblər ki, lalələrin təbiətdən qoparılması bioloji müxtəlifliyə ciddi zərər vurur. Buna görə də yüksək məbləğdə inzibati cərimələr tətbiq olunur.

Qeyd edək ki, qorunan Manisa laləsini qoparmağın cəriməsi 2022-ci ildə 109 min 593 lirə, 2023-cü ildə 244 min 315 lirə, 2024-cü ildə 387 min 142 lirə, 2025-ci ildə 557 min 212 lirə olub. 2026-cı ildə isə bu rəqəm 699 min 245 lirəyə yüksəlib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 13409   Tarix: 28 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər

Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini

15 sentyabr
.

Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı

Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric

17 sentyabr
.

Bir mənzil qiymətinə kənd aldı - Fotolar

Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild

15 sentyabr
.

Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər - VİDEO

Geyindiyimiz paltarlar bəzən dərimizdə dərin izlər buraxır. Hətta üzdə və gözlərin ətrafında şişkinliyə gətirib çıxarır. Bəs bu əlamətlər hansı hallarda ciddi siqnal hesab olunur?. Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən allerqoloq Ramil Qocayev bildirib ki, bədənlə təmasda olan geyimlər və digər vasitələ

13 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm

13 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Televizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir

Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə

14 sentyabr