İtlər insan danışığını anlayırlarmı?

İtlər insan danışığını anlayırlarmı?Hər bir it sahibi ən azı bir dəfə itin başını yana əyərək sanki insanın dediklərini anlamağa çalışdığı anı görüb. Bu hərəkət o qədər mənalı görünür ki, onun sadəcə təsadüf olduğunu düşünmək çətindir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, koqnitiv zoologiya üzrə mütəxəssislər bildirirlər ki, itin başını yana əyməsi ona səsin istiqamətini daha yaxşı müəyyən etməyə kömək edir. İtlərin qulaq quruluşu insanlardan fərqlidir və başın bu şəkildə əyilməsi səsləri daha yaxşı qəbul etməyə imkan yaradır. Bundan əlavə, it insanın üz ifadəsini daha yaxşı görməyə çalışır. Başın əyilməsi baxış bucağını dəyişir və heyvana insanın emosiyalarını daha asan oxumağa kömək edir.

Araşdırmalar göstərir ki, itlər həqiqətən də intonasiyaları ayırd edə bilirlər. Onlar insanın nə zaman mehriban, nə zaman isə əsəbi danışdığını hiss edə bilirlər. Bəzi it cinsləri bu hərəkəti digərlərindən daha tez-tez edir. Xüsusilə uzun qulaqlı itlər başlarını yana əyməyə daha çox meyllidirlər.

Alimlər qeyd edirlər ki, başın əyilməsi sadəcə mimika deyil, ünsiyyətin bir hissəsidir. Bu davranış heyvanın diqqətlə dinlədiyini və sahibini anlamağa çalışdığını göstərir. Maraqlıdır ki, itlər tanış sözləri eşidəndə başlarını daha tez-tez əyirlər. Məsələn, əmrlər və ya sevdikləri oyuncaqların adlarını eşidəndə belə reaksiya verirlər.

Mütəxəssislərin fikrincə, bu davranış itin eşitdiyi sözü və ya əmri xatırlamağa çalışması ilə bağlıdır. Həmin anda itin beyni aktiv şəkildə işləyir. Bəzi tədqiqatçılar hesab edirlər ki, başın yana əyilməsi empatiya ilə də əlaqəli ola bilər. İtlər insanın əhval-ruhiyyəsini hiss edir və buna uyğun reaksiya verirlər. Lakin bütün itlər bu hərəkəti eyni şəkildə etmir. Hər bir itin öz davranış xüsusiyyətləri var.

Baytar həkimlər qeyd edirlər ki, it heç bir səbəb olmadan tez-tez başını yana əyirsə, bu qulaq problemlərinin əlaməti də ola bilər. Belə hallarda heyvanı mütləq mütəxəssisə göstərmək lazımdır. Ancaq əksər hallarda bu tamamilə normal davranış sayılır. Bu, itin diqqətli olduğunu və insanla əlaqə qurmağa hazır olduğunu göstərir. Sahiblər çox vaxt bu hərəkəti itin ağıllı olmasının göstəricisi kimi qəbul edirlər və müəyyən mənada haqlıdırlar.

Tədqiqatlar təsdiqləyir ki, itlər insan emosiyalarını tanıya bilirlər. Onlar insan danışığını insanlar kimi tam anlamasalar da, intonasiya və jestlər vasitəsilə mənanı hiss edirlər. Başın yana əyilməsi isə onlara daha çox məlumat toplamağa kömək edir. Buna görə də it insanın üzünə baxaraq başını yana əydikdə, sadəcə poza vermir o, həqiqətən də sahibinin nə demək istədiyini anlamağa çalışır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 625   Tarix: 28 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021