Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Rusiyalı həkimdən xəbərdarlıq
Ağrıkəsici dərmanların nəzarətsiz şəkildə istifadəsi sağlamlıq üçün gizli təhdid yaradır.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Tatyana Qolovçanskaya "Gazeta.ru" nəşrinə müsahibəsində danışıb.
Həkim qeyd edib ki, qeyri-steroid iltihabəleyhinə dərmanlarla uzunmüddətli özünümüalicə mədə xorası kimi ciddi xəstəliklərə gətirib çıxara bilər. Bu hal miqren, diş ağrısı və ya xroniki ağrılar üçün müntəzəm olaraq ağrıkəsici (əsasən ibuprofen) qəbul edən insanlarda müşahidə olunur.
"İlk baxışdan burada narahatedici bir şey yoxdur: bir həb qəbul edirsiniz və ağrı keçir. Lakin tədricən dərman qəbulu vərdişə çevrilə bilər və insan müntəzəm olaraq özünü ağrıkəsicilərlə "dəstəkləməyə" başlayır", - deyə Tatyana Qolovçanskaya bildirib.
Zamanla orqanizm bu yüklənməyə reaksiya verir və nəticələr mədə xorasından tutmuş, mədə-bağırsaq qanaxmalarına qədər ağırlaşa bilər. Problem dərmanın özündə deyil, ondan düzgün istifadə edilməməsindədir.
"Hər bir dərmanın göstəriş və əks göstərişləri ilə yanaşı, ciddi dozalanma rejimi də var ki, buna riayət etmək vacibdir. Həmçinin yadda saxlamaq lazımdır ki, ibuprofen və parasetamol geniş yayılmış yanlış inancın əksinə olaraq, o qədər də zərərsiz deyil", - deyə qastroenteroloq vurğulayıb.
Onun sözlərinə görə, nəzarətsiz qəbul edildikdə bu dərmanlar qaraciyərə toksik təsir göstərə bilər. Buna görə də ağrıkəsicilərin qəbuluna məsuliyyətlə yanaşmaq, qəbul edilən dərmanın növünə, dozasına və tezliyinə diqqət yetirmək lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 584 Tarix: 29 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər - VİDEO
Geyindiyimiz paltarlar bəzən dərimizdə dərin izlər buraxır. Hətta üzdə və gözlərin ətrafında şişkinliyə gətirib çıxarır. Bəs bu əlamətlər hansı hallarda ciddi siqnal hesab olunur?. Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən allerqoloq Ramil Qocayev bildirib ki, bədənlə təmasda olan geyimlər və digər vasitələ
13 sentyabrBir mənzil qiymətinə kənd aldı - Fotolar
Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild
15 sentyabrPis yuxu insan beynini qocaldır?
"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm
13 sentyabrXalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
Qədim inanclara görə, evdə olan ən adi əşyalar belə maddi rifaha və pul bəxtinə təsir göstərə bilər. Pul kisəsində dəfnə yarpağı saxlamaq, qapının ağzındakı xalçanın altına qəpik qoymaq və ya pul kisəsini heç vaxt tam boş buraxmamaq bu cür inanclar sırasındadır. Ən məşhur inanclardan biri giriş qapısını
13 sentyabrİtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabrBalıq bişirəndə edilən əsas səhvlər
Düzgün bişirilmiş balıq yalnız əla dadını qoruyub saxlamır, həm də orqanizm üçün çoxsaylı faydalı mikroelementlərlə zəngin olur. Balıq ən faydalı və dadlı qidalardan biri hesab edilir. Onu sobada bişirmək, qızartmaq və ya qaynatmaq mümkündür. Lakin hazırlanma prosesində bəzi səhvlərə yol verildikdə yeməyi
13 sentyabr