İş yerində mobbinq insanın psixologiyasına necə təsir edir? - AÇIQLAMA

İş yerində mobbinq insanın psixologiyasına necə təsir edir? - AÇIQLAMAMüasir dövrdə insanların həyatının böyük hissəsi iş mühitində keçir. Bu səbəbdən iş yerindəki münasibətlər insanın həm psixoloji vəziyyətinə, həm də ümumi həyat keyfiyyətinə ciddi təsir göstərir. Son illərdə daha çox rast gəlinən problemlərdən biri də mobbinqdir.

Yəni iş yerində əməkdaşa qarşı davamlı təzyiq göstərilməsi, alçaldılması, təcrid olunması və psixoloji basqıya məruz qalmasıdır.

Bəs belə davranışlar insan psixologiyasında hansı izlər buraxır?

Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a danışıb:

"İş yerində mobbinq insanın özünəinamını zəiflədən ən təhlükəli amillərdən biridir. Daim tənqid olunan, aşağılanan və ya görməzdən gəlinən şəxs zamanla özünü dəyərsiz hiss etməyə başlayır. Bu isə özgüvənin azalmasına, qərar verməkdə çətinliyə və sosial münasibətlərdə qapanmaya səbəb olur.

Mobbinqə məruz qalan insanlarda stress səviyyəsi yüksəlir. Onlar işə getməzdən əvvəl narahatlıq, gərginlik, qorxu və təşviş yaşayırlar. Uzun müddət davam etdikdə isə bu vəziyyət depressiya, panik atak, yuxu pozuntuları və xroniki yorğunluq kimi problemlərə yol aça bilər.

Bundan əlavə, mobbinq insanın motivasiyasını azaldır. Şəxs öz bacarıqlarını göstərə bilmədiyini düşündüyü üçün iş performansı aşağı düşür, yaradıcılığı zəifləyir və karyerasına qarşı ümidsizlik yaranır. Bəzi hallarda bu şəxslər işdən ayrılmağa və ya peşəsini dəyişməyə məcbur qalırlar.

Ən vacib məqam odur ki, mobbinq normal davranış kimi qəbul edilməməlidir. Belə hallarla qarşılaşan şəxslər susmamalı, rəhbərliklə, insan resursları şöbəsi ilə danışmalı, hüquqlarını bilməli və lazım gəldikdə psixoloji dəstək almalıdırlar. Sağlam iş mühiti insanın həm uğuru, həm də ruhi sağlamlığı üçün əsas şərtdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 622   Tarix: 30 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

17 sentyabr
.

ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö

17 sentyabr
.

Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)

Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 40 ünvanında fəaliyyət göstərən "ELMA" restoranından sakinlər şikayətçidir. "Real Azərbaycan" xəbər verir ki, İmran Qasımov küçəsi 10 ünvanında yaşayan sakinlər restoran ərazisindən gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsində

18 sentyabr
.

Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər

17 sentyabr
.

Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı

Naxçıvanda "Əshabi-Kəhf" ziyarətgahında çəkilən görüntülər dini məkanlarda davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə məkanlarda geyim, foto və video çəkilişi, eləcə də ziyarətgahın müqəddəsliyinə və digər ziyarətçilərə münasibət məsələləri həm dini, həm də eti

18 sentyabr
.

Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO

Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d

17 sentyabr
.

Şəhid atası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu

17 sentyabr
.

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı - 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. Kampaniya çərçivəsində 13 həftə ərzində hər həftə bir avtomobil oynanılıb və nəticədə 13 iştirakçı "Changan Q05" avtomobilini

18 sentyabr
.

Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA

Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs

17 sentyabr