İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI
47 yaşında insanlar özlərini ən xoşbəxt və sağlam hiss edirlər. Ekspertlər bunu sağlamlığa münasibətin dəyişməsi, özünə inamın artması və yeni həyat prioritetlərinin formalaşması ilə izah edirlər.
Lent.az xaqrici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyada aparılan yeni sorğuya görə, məhz 47 yaş fiziki və emosional rifahın zirvəsi hesab olunur.
Bu nəticəyə TePe şirkətinin sifarişi ilə aparılan araşdırmanın müəllifləri gəliblər. Sorğu çərçivəsində Böyük Britaniyadan 2000 nəfərdən insanların hansı yaşda özlərini ən sağlam və xoşbəxt hiss etdiklərini bildirmələri istənilib. Respondentlərin əksəriyyəti 47 yaşı qeyd edib. Araşdırma həmçinin göstərib ki, 40-50 yaş aralığında olan insanlar çox vaxt daha gənc illərlə müqayisədə özlərini daha inamlı, xoşbəxt və fiziki baxımdan daha dözümlü hiss edirlər.
Psixoloqlar bunun sağlamlığa münasibətin dəyişməsi ilə bağlı ola biləcəyini düşünür. Yaş artdıqca insanlar anlayır ki, sağlamlıq yalnız zahiri görünüşdən ibarət deyil. Əsas olan özünü necə hiss etdiyin və bədənin nə qədər yaxşı işləməsidir.
40 yaşdan yuxarı respondentlərin demək olar ki, yarısı - 47 faizi - qeyd edib ki, yaş artdıqca həyatları daha sağlam olub, çünki öz bədənlərini daha yaxşı anlamağa başlayıblar. Bəzi iştirakçılar bunu sağlamlığa və rifaha daha çox diqqət yetirmələri ilə əlaqələndiriblər.
Sorğuda iştirak edənlərin 32 faizi daha faydalı qidalar almağa başladıqlarını bildirib. Bir çoxları üçün gecə həyatı, əyləncələr və alkoqol artıq keçmişdə qalıb: 28 faiz respondent deyib ki, 40 yaşdan sonra 20-30 yaşları ilə müqayisədə xeyli az əylənir və spirtli içki qəbul edir.
Bundan əlavə, 26 faiz respondent etiraf edib ki, aktiv qalmaqda onlara övladları və ya nəvələri kömək edir. 35 faiz isə başqalarını razı salmaq barədə daha az düşündüklərini və daha çox öz rifahlarına fokuslandıqlarını bildirib.
Bu araşdırma Böyük Britaniyada aparılmış başqa bir sorğudan sonra yayımlanıb. Həmin sorğu göstərib ki, britaniyalıların fikrincə, qocalıq 69 yaşdan başlayır. Seven Seas çərçivəsində keçirilən araşdırmada 2000-dən çox böyüklərdən insanların nə vaxt qocaldığını düşündükləri soruşulub.
Əvvəlki tədqiqatlar qocalığın 62 yaşında başladığını göstərib, lakin yeni məlumatlar ictimai yaş qavrayışında dəyişiklik olduğunu göstərir.
Sağlamlıq üzrə mütəxəssis Donna Bartolinin sözlərinə görə, insanlar getdikcə "qocalıq" anlayışını daha gec yaşa keçirsələr də, bu, onların sağlamlıqlarına qayğı göstərməyi təxirə sala biləcəkləri anlamına gəlmir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 525 Tarix: 30 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu
10 sentyabr 2021Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO
Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə
11 sentyabr 2021Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO
Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb
16 sentyabr 2021Acun niyə həmişə qara kofta geyinir?
"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab
15 sentyabr 2021İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO
Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:
15 sentyabr 2021Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
14 sentyabr 2021Bu ölkədə borşa abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun
10 sentyabr 2021