Sabirabadda Kür çayı məcrasından çıxdı

Sabirabadda Kür çayı məcrasından çıxdıSabirabad rayonunun Suqovuşan ərazisində Kür çayının səviyyəsinin kəskin artması suyun məcradan çıxmasına səbəb olub.

"Report"un məlumatına görə, son günlər yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin xeyli yüksəlməsinə səbəb olub.

Nəticədə Kür və Araz çaylarının qovuşduğu ərazi yaxınlığında çay öz məcrasından çıxaraq sahilboyu yerləşən Tuğay meşələri istiqamətində yayılmağa başlayıb.

Hadisənin baş verdiyi əraziyə yaxın zonada restoranların yerləşdiyi bildirilir. Hazırda suyun həmin istiqamətdə irəliləməsi müşahidə olunur.

Sabirabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, mövcud vəziyyət nəzarət altındadır. Qurumun açıqlamasına əsasən, çayın məcrasından çıxmasına baxmayaraq, hələlik ciddi təhlükə gözlənilmir. Belə ki, suyun səviyyəsi mühafizə bəndindən təxminən iki metr aşağıda qalır.

Aidiyyəti qurumlar tərəfindən ərazidə monitorinqlər davam etdirilir, vəziyyətin sabit saxlanılması üçün zəruri qabaqlayıcı tədbirlər görülür. Ehtiyac yaranacağı təqdirdə əlavə texnika və canlı qüvvənin cəlb olunacağı bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 563   Tarix: 01 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. "Report"a istinadən xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınacaq. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistan

20 iyun
.

KİV: ABŞ-nin dövlət katibi Yaxın Şərqə səfər edəcək

ABŞ-nin dövlət katibi Marko Rubio gələn həftə Yaxın Şərqin bir neçə ölkəsinə işgüzar səfər etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid şəxsi mənbələrinə əsaslanaraq məlumat yayıb. Jurnalist özünün "X" sosial şəbəkə hesabında qeyd edib:. "Mark

20 iyun
.

Azərbaycanda kolbasa istehsalı 12 %- dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 13 min 459,9 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 12,2 % çoxdur. Bu ilin iyun ayının 1-nə ölkədə 26,6 ton hazır məhsul ehtiyatı yaranıb ki

20 iyun
.

Dünən cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

İyunun 19-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Ətraflı. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışd

20 iyun
.

"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı

Ağcaqanadların bəzi insanlara daha çox hücum etməsi uzun illərdir maraq doğuran mövzulardan biridir. Aparılan elmi araşdırmalar göstərir ki, bu həşəratlar qurbanlarını təsadüfi seçmirlər və onların seçimində bir neçə bioloji amil rol oynayır. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadla

20 iyun
.

Zabrat sakinləri təngə gəliblər: "Artıq beş gündür ki, su yoxdur"

Bakının Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nəriman Nərimanov küçəsi 23 ünvanında yaşayan sakinlər bir neçə gündür ki, içməli su problemi ilə üzləşdiklərini bildirirlər. -a daxil olan məlumata görə, ərazidə yerləşən doqquzmərtəbəli binalara artıq beş gündür su verilmir. Sakinlərin sözlərinə görə, su təchizatını

20 iyun
.

Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU

Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq etmiş şəxs barəsində həbs qətimkan tədbiri seçilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Mingəçevir Şəhər Prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatm

20 iyun
.

Moskvada yaralanan azərbaycanlının atası: "Qulağının pərdəsi də partlayıb" - VİDEO

İyunun 18-də Moskvanın "Sadovod" bazarına düşən dron qəlpələri Azərbaycan vətəndaşları, Şəki rayonunun Kiçik Dəhnə kənd sakinləri İslam Süleymanov və Elnur Nəbiyevin xəsarət almasına səbəb olub. Baku TV-nin məlumatına görə, yaralılar Moskva şəhərində yerləşən 36 saylı xəstəxanaya yerləşdiriliblər

20 iyun
.

Ötən il neçə saxta diplom aşkarlanıb?

Ötən il 58 saxta diplom aşkarlanıb. Bunu Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayı əsasında müxbiri müəyyən edib. "2025-ci ildə ümumilikdə 156 nəfərə (o cümlədən 108 bakalavr və 48 orta ixtisas) aid diplomların həqiqiliyinin yoxlanılması üçün Elm və Təhsil Nazirliyin

20 iyun