Maddi çətinliklər insanların psixoloji və sosial davranışına necə təsir edir? - AÇIQLAMA
Maddi çətinliklər təkcə insanların gündəlik yaşayış səviyyəsinə deyil, həm də onların psixoloji vəziyyətinə, ailədaxili münasibətlərinə və cəmiyyət içində davranışlarına ciddi təsir göstərən amillərdəndir.
Gəlir azlığı, işsizlik, borc yükü və sosial təminatsızlıq insanlarda stress yaradır, emosional gərginliyi artırır və sosial münasibətlərin keyfiyyətini dəyişə bilir.
Maddi çətinliklər insanların psixoloji və sosial davranışına necə təsir edir?
Sosioloq M.Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Maddi çətinlik yaşayan insanlar ilk növbədə davamlı narahatlıq və gələcəklə bağlı qeyri-müəyyənlik hiss edirlər. Bu vəziyyət stress, təşviş, özünəinamın azalması və ümidsizlik kimi psixoloji nəticələr yaradır. İnsan öz ehtiyaclarını qarşılaya bilmədikdə özünü cəmiyyətdən geri qalmış hiss edə bilər.
Sosial davranış baxımından isə maddi sıxıntılar insanların münasibətlərinə də təsir edir. Ailə daxilində gərginlik, mübahisə və anlaşılmazlıqlar arta bilər. Valideynlər övladlarına qarşı daha əsəbi və aqressiv davranmağa meylli ola bilərlər. Eyni zamanda insan sosial tədbirlərdən, dost çevrəsindən uzaqlaşa, təcrid olunmağa başlaya bilər. Çünki maddi imkanların zəifləməsi sosial həyata qoşulma imkanlarını da məhdudlaşdırır.
Digər tərəfdən, uzunmüddətli iqtisadi çətinlik bəzi insanlarda cəmiyyətə qarşı etimadsızlıq, ədalətsizlik hissi və ümumi narazılıq yarada bilər. Bu isə sosial passivlik, motivasiya itkisi və bəzən riskli davranışların artmasına səbəb olur.
Maddi çətinliklər yalnız cibə deyil, insanın ruh halına, ailəsinə və cəmiyyətlə münasibətlərinə də toxunur. Buna görə iqtisadi rifahın yaxşılaşdırılması ilə yanaşı, psixoloji dəstək mexanizmlərinin və sosial yardım sistemlərinin gücləndirilməsi də vacibdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 811 Tarix: 01 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaytaxtda ölən motosikletçinin fotosu
Bakıda qəzada həyatını itirən motosiklet sürücüsünün kimliyi məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Moskva prospekti, 45 ünvanında tunelin girişində baş verib. Qismət Maxsud oğlu Qaçayev "Toyota" markalı avtomobil ilə hərəkətdə olarkən Asif Əliheydər oğlu Ağaverdiyevi
18 noyabrUşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind
17 noyabrQədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
16 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabrRəşid Mahmudovun evində partlayış baş verib?
Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki
17 noyabrDin xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya
"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada
17 noyabr