Mehmet Nuri Ersoy: "Son 3 ayda Türkiyənin turizm gəlirləri 10 milyard dollara çatıb"

Mehmet Nuri Ersoy: "Son 3 ayda Türkiyənin turizm gəlirləri 10 milyard dollara çatıb"Bu ilin yanvar-mart aylarında Türkiyənin turizm gəlirləri 9,9 milyard ABŞ dollarına çatıb.

"Report" xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında 2026-cı ilin ilk üç ayına dair turizm göstəricilərini açıqlayarkən deyib.

Nazir bildirib ki, bu ilin yanvar-mart aylarında Türkiyə turizm sektorunda artım tempini qoruyub saxlayıb: "Ölkəyə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % artaraq 9,2 milyona çatıb. Ölkə bu dövrdə həm turist sayında, həm də turizm gəlirlərində sabit artım əldə edib. Açıqlanan rəqəmlərə əsasən, ilin ilk rübündə Türkiyənin turizm gəlirləri 9 milyard 896 milyon ABŞ dollarına çatıb. Bu göstərici də ötən ilin analoji dövrü ilə müqayisədə 4,2 % artım deməkdir".

M. Ersoy bildirib ki, dünya hazırda olduqca həssas və dəyişkən bir dövrdən keçir. Onun sözlərinə görə, regional gərginliklər, geosiyasi proseslər, münaqişələrin yaratdığı mənfi təsirlər və bunun beynəlxalq səyahət axınlarında meydana gətirdiyi dalğalanmalar turizm sektoruna birbaşa təsir edən əsas amillər sırasındadır: "Bölgəmizdə böhranlar hər zaman olub və bundan sonra da olacaq. Əsas məsələ isə bu proseslərin necə idarə edilməsidir. Ötən il də oxşar qlobal hadisələr və regional qeyri-müəyyənliklərlə qarşılaşdıq. Buna baxmayaraq, 2025-ci ili 64 milyon turist və 65,2 milyard dollar turizm gəliri ilə başa vurduq. Bu göstəricilər Türkiyənin turizm sahəsində yalnız güclü bir istiqamət deyil, eyni zamanda yüksək böhran idarəetmə qabiliyyətinə malik ölkə olduğunu açıq şəkildə nümayiş etdirir".

Nazir əlavə edib ki, rezervasiya tendensiyaları, ləğvlər, səyahət planlarında baş verən dəyişikliklər və turist davranışları birbaşa sahədən izlənilir. Bu isə mövcud vəziyyəti daha dəqiq təhlil etməyə, eyni zamanda bazarlara uyğun çevik və effektiv addımlar atmağa imkan yaradır.

M. Ersoy bildirib ki, Türkiyə, xüsusilə də İstanbul hazırda mühüm beynəlxalq idman və mədəniyyət tədbirlərinə ev sahibliyi edir, eyni zamanda bir sıra iri layihələrə hazırlaşır. Onun sözlərinə görə, bu cür tədbirlər Türkiyənin etibarlı və cəlbedici qlobal turizm istiqaməti kimi mövqeyini daha da gücləndirir. "İstanbul 2027-ci ildən etibarən Türkiyə Qran-Prisi ilə yenidən Formula 1 təqviminə qayıdacaq. UEFA Avropa Liqasının final oyunu isə mayın 20-də İstanbulda keçiriləcək. Şəhərin stadionları və konsert salonları beynəlxalq ulduzların çıxışlarına ev sahibliyi edir. Bu tədbirlərə qatılmaq üçün Avropadan, Rusiyadan, Yaxın Şərqdən və Asiyadan on minlərlə turist Türkiyəyə səfər edir".

Nazirin sözlərinə görə, beynəlxalq tədbirlər yalnız idman və incəsənət sahəsi ilə məhdudlaşmır. O vurğulayıb ki, bu cür təşkilatlar Türkiyənin qlobal turizm imicini gücləndirən ən vacib vasitələrdən biridir.

İlin ilk üç ayında Türkiyədə turistlərin gecəlik orta xərcləri 2,8 % artaraq 102 ABŞ dollarına yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2017-ci ildə 68 dollar, 2025-ci ildə isə 99 dollar təşkil edib. Bu ilin ilk rübündə Türkiyəyə ən çox turist göndərən ölkələr sırasında Almaniya 678 min ziyarətçi ilə ilk yerdə qərarlaşıb. Rusiya Federasiyasından gələn turistlərin sayı 651 min, Bolqarıstandan gələnlərin sayı isə 539 min olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 364   Tarix: 02 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Seul Hörmüz boğazına hərbçi göndərməyəcək

Cənubi Koreya ordusunu Hörmüz boğazına göndərməyəcək. xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Ce Myon bildirib. "Qoy aydın olsun. Münaqişədə iştiraka səbəb olacaq heç bir qoşun yeridilməyəcək. Müharibədə iştirak olmayacaq", - deyə Li Ce-myen cümə günü Ryeonghap agentliyinin keçirdiy

18 sentyabr
.

Bu ölkə kitab oxuyanlara pul verəcək

Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali

17 sentyabr
.

Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər

Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv

16 sentyabr
.

ABŞ Federal Ehtiyat Sistemi son üç ildə ilk dəfə faiz dərəcələrini artırıb

ABŞ Federal Ehtiyat Sistemi (FED) federal fondlar üzrə faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 3,75-4% diapazonuna çatdırıb. xəbər verir ki, bu barədə qərar ABŞ-da inflyasiyanın qarşısını almaq zərurəti ilə əsaslandırılıb. Federal Ehtiyat Sisteminin (FERS) faiz dərəcəsinin artırılması, 2024-c

17 sentyabr
.

NATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub

Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar

15 sentyabr
.

"Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?

Dünya 2027-ci ildə möhtəşəm astronomik hadisəyə - qeyri-adi uzunmüddətli olması səbəbindən artıq "əsrin tutulması" adlandırılan tam Günəş tutulmasına hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Camera World" yazır. Hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Günorta vaxt

15 sentyabr
.

Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı

Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri

17 sentyabr
.

15 il sonra rejimdən gizlətdiyi kitablarına qovuşma anları viral oldu - Video

Suriyada Əsəd rejiminin dini və fəlsəfi əsərləri məhv edə biləcəyindən ehtiyat edən Əmr bin Mustafa Əlvan 15 il əvvəl divarın arxasında gizlətdiyi kitabxanasına qovuşub. "Qafqazinfo" xəbər verir ki, Suriya vətəndaş müharibəsinin ilk illərində Bəşər Əsəd rejiminin bir sıra kitabları qadağa

18 sentyabr
.

Tramp: Ukrayna münaqişəsi tezliklə başa çatacaq

ABŞ prezidenti Donald Tramp ABŞ nümayəndələrinin Ukrayna münaqişəsinə son qoymaq üçün böyük səylər göstərdiyini və bunun ölkədə dizel yanacağının qiymətlərinin artmasına səbəb olduğunu açıqlayıb və tezliklə razılaşma əldə olunacağına söz verib. xəbər verir ki, Tramp Şimali Karolinada tərəfdarları üçü

17 sentyabr