Pxenyan Vaşinqtonun KXDR-dən gələn kibertəhdid barədə bəyanatlarını böhtan adlandırıb
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-nin Pxenyan tərəfindən ehtimal olunan kibertəhdid barədə yaydığı bəyanatları əsassız hesab edir.
"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
"Son vaxtlar Birləşmiş Ştatlar öz dövlət strukturları, nəzarətində olan kütləvi informasiya vasitələri və təxribatçı təşkilatları vasitəsilə mövcud olmayan "kibertəhdid" ətrafında ajiotaj yaradır, dünya ictimaiyyətində KXDR haqqında təhrif olunmuş təsəvvür formalaşdırmağa çalışır", - nazirliyin nümayəndəsi qeyd edib.
Şimali Koreyanın diplomatik idarəsi bildirib ki, bu cür bəyanatlar ölkəni nüfuzdan salmaq məqsədi daşıyan düşünülmüş kampaniyadır.
Bundan əlavə, rəsmi vurğulayıb ki, KXDR düşmən mövqeli qüvvələrin qarşıdurma xarakterli hərəkətləri ilə barışmaq niyyətində deyil və milli maraqların, eləcə də öz vətəndaşlarının hüquqlarının müdafiəsini təmin etmək üçün bütün zəruri addımları atmağa hazırdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 423 Tarix: 03 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyulTürkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-Kanada ikitərəfli münasibətləri, eləcə də regional və qloba
5 iyulAydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyulAP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
5 iyulDonald Tramp: "İran rəhbərliyini öldürsək, danışacaq heç kim qalmaz"
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi addımlar və danışıqlar prosesi barədə açıqlama verib. "Axios" portalına istinadən xəbər verir ki, Tramp ABŞ-nin İran rəhbərliyini öldürmək niyyətində olmadığını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir addım Tehranla gələcək danışıqlar
5 iyulYəmən husiləri İrana dəstək ifadə ediblər
Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik
5 iyul