"Analar Günü" reklamı qalmaqala səbəb oldu: yayından qaldırıldı - VİDEO
Bosch Türkiye tərəfindən Analar Günü münasibətilə hazırlanan reklam çarxı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olduqdan sonra yayından çıxarılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, "Tam bir ana hekayəsi" başlığı ilə yayımlanan reklamda mağaza daxilində iki qadının dialoqu üzərindən analıq mövzusu təqdim olunub. Dialoq zamanı söhbətin uşaqlardan getdiyi təəssüratı yaransa da, sonda "uşaq" kimi təqdim edilənlərin ev heyvanları olduğu məlum olur. Məhz bu yanaşma sosial mediada istifadəçilər tərəfindən tənqid edilib. Reklamda səslənən "siz də anasınız yəqin", "məndə də iki dənə var" və "uşaqdır da" kimi ifadələr narazılığın əsas səbəbi olub.
Məsələyə münasibət bildirən Mahinur Özdemir Göktaş analıq anlayışının bu cür təqdim olunmasının qəbuledilməz olduğunu vurğulayıb. O qeyd edib ki, analıq sevgisi və məsuliyyəti dərin və fundamental bir dəyərdir və reklam dili ilə sadələşdirilə bilməz. Nazir əlavə edib ki, uşağı sevgi ilə böyüdən, qoruyan və gələcəyə hazırlayan hər bir qadın - istər bioloji, istərsə də himayəçi - əsl anadır və bu anlayış cəmiyyətin davamlılığının əsasını təşkil edir.
Digər tərəfdən, Radyo ve Televizyon Üst Kurulu (RTÜK) sədri Mehmet Daniş də məsələ ilə bağlı açıqlama verərək reklam haqqında araşdırmalara başlanıldığını bildirib. Onun sözlərinə görə, ana-övlad münasibəti insan həyatının ən dərin və əvəzolunmaz bağlarından biridir və bu anlayışın kommersiya məqsədləri ilə sadələşdirilməsi yolverilməzdir.
Qeyd edək ki, şirkət tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 693 Tarix: 04 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər insan ömrünün maksimum həddini açıqladı - 150-190 il
İnsan ömrünün nə qədər uzadıla biləcəyi ilə bağlı araşdırmalar davam edir. xəbər verir ki, Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri apardıqları yeni tədqiqatda insan orqanizminin nəzəri olaraq çata biləcəyi maksimum ömür həddini müəyyənləşdirməyə çalışıblar. Kompüter simulyasiyaların
1 avqustKolbasa və sosis xərçəng yaradır? - AÇIQLAMA
Sosis, bekon, kolbasa və bəzi ət yarımfabrikatlarının müntəzəm istehlakı kolorektal xərçəng riskini artıra bilər. Bu barədə xarici mediaya istinadla xəbər verir. TASS-a Rusiya Səhiyyə Nazirliyinin Milli Kliniki Endokrinologiya İnstitutunun həkim-endokrinoloqu Yekaterina Yerşova məsələ ilə bağlı danışıb
27 iyulPaltaryuyan maşında sıxmadan sonra paltarların yaş qalmasının SƏBƏBİ
Paltaryuyan maşından islanmış paltar çıxarmaq hər kəsi narahat edir. Lakin bu problem hər zaman ciddi nasazlıqdan xəbər vermir. Bir çox hallarda səbəbi özünüz müəyyən edib aradan qaldıra bilərsiniz. xarici mediaya istinadən xəbər verir ki, ilk növbədə təhlükəsizlik qaydalarına əməl edin. Maşını elektri
2 avqustQanunsuz tikililərə qarşı tədbirlər gücləndirilib - VİDEO
stanbulun Sultanbəyli rayonunda qanunsuz tikililərlə mübarizə çərçivəsində bələdiyyənin zabitə əməkdaşları qanunvericiliyə zidd inşa edilən tikililərin söküntüsünü həyata keçiriblər. xarici mediaya istinadla xəbər verir ki, Sultanbəyli Bələdiyyəsinin Zabitə İdarəsinin əməkdaşları rayon ərazisində şəhərsalm
31 iyulPendiri daha uzun saxlamaq üçün sadə üsul
Açıldıqdan sonra tez quruyan pendiri daha uzun müddət təzə saxlamaq üçün sadə bir üsul təklif olunur. Pendiri duzlu suda saxlamaq onun yumşaqlığını və dadını qorumağa kömək edir. Bunun üçün pendiri təmiz qaba yerləşdirib üzərini tam örtəcək qədər soyuq su əlavə etmək və az miqdarda duz qatmaq kifayətdir
2 avqustMüntəzəm kabab yeməyin damarlar üçün gizli təhlükələri açıqlanıb
Həftədə bir dəfə kabab yemək uzunmüddətli perspektivdə sağlamlıq üçün ciddi problemlərə səbəb ola bilər. -ya istinadən xəbər verir ki, bunu rusiyalı diyetoloq-qastroenteroloq Nuriya Dianova bildirib. Onun sözlərinə görə, kömürdə bişirilmiş ət çox vaxt sağlam qida hesab olunsa da, quzu və mal əti doymu
26 iyulEv təmiri zamanı ən çox rast gəlinən problemlər hansıdır?
Ev təmiri zamanı ən çox rast gəlinən problemlərdən biri hazırlıq işlərinin tam görülməməsidir. Divarlar yoxlanılmadan boya vurulur, döşəmə hamarlanmadan üzlük çəkilir. Köhnə elektrik və su xətləri dəyişdirilmədən saxlanılır. Bu isə sonradan yenidən təmir aparılmasına səbəb olur. Dəqiq ölçü götürülməməs
31 iyul