Onlayn satış platformaları fiziki mağazaları üstələyir? - AÇIQLAMA

Onlayn satış platformaları fiziki mağazaları üstələyir? - AÇIQLAMASon illərdə geyim pərakəndə satış sektorunda ciddi dəyişikliklər müşahidə olunur. Bir çox fiziki geyim mağazası fəaliyyətini dayandırır, eyni zamanda onlayn satış platformalarının sürətlə böyüməsi bu sahədə rəqabəti daha da kəskinləşdirir.

Bu proses həm istehlakçı davranışlarının dəyişməsi, həm də biznes modellərinin yenilənməsi ilə əlaqələndirilir.

Bəs görəsən geyim mağazalarının bağlanmasının əsas səbəbləri nədir və onlayn satış platformaları bu sahədə həqiqətən fiziki mağazaları üstələyir, yoxsa bu dəyişimin arxasında daha geniş iqtisadi və davranış faktorları dayanır?

Mövzu ilə bağlı Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov Sonxeber.az -a açıqlama verib:

"Geyim pərakəndə satış sektorunda fiziki mağazaların tənəzzülü yalnız onlayn rəqabətin deyil, bir-birini gücləndirən struktur amillərin nəticəsidir. McKinsey və Business of Fashion-ın "State of Fashion 2024" hesabatına görə, qlobal geyim sənayesi 2024-cü ildə cəmi 2-4% artım nümayiş etdirəcək. Bu sektorun zəif vəziyyətini açıq şəkildə əks etdirir. Geyimə oul xərcləmə niyyəti Avropada 39%, ABŞ-da isə 25% azalıb. Yüksək icarə xərcləri, "showrooming" davranışı yəni müştərilərin mağazada sınadıqdan sonra onlayn alması və COVID-19-un sürətləndirdiyi rəqəmsal keçid bu prosesi katalitik şəkildə dərinləşdirdi.

Onlayn satış platformaları fiziki mağazaları üstələyir? - AÇIQLAMALakin məsələni sadəcə "onlayn vs fiziki" müstəvisində dəyərləndirmək yanıldıcı olardı. ABŞ-da 2024-cü ildə ümumi pərakəndə satışların 16.9%-i geri qaytarılmış, onlayn satışlarda isə bu nisbət 20%-ə yaxınlaşmışdır. Geyim kateqoriyasında isə geri qaytarma nisbəti 30-40%-ə çatır ki, əsas səbəb kimi ölçü uyğunsuzluqları və fitə dair subyektiv gözləntilər göstərilir.
Bu yük platformaların mənfəat marjasını ciddi şəkildə aşındırır və məhz buna görə Warby Parker, Allbirds və Amazon kimi əvvəlcə tamamilə onlayn fəaliyyət göstərən brendlər fiziki mağaza açmağa başladı. Beləliklə, qalib tərəf nə yalnız onlayn, nə də yalnız fiziki kanal əksinə, istehlakçı təcrübəsini bütövləşdirə bilən inteqrasiya modelidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 607   Tarix: 06 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtobus sürücülərindən maraqlı performans - Biri oxudu, digərləri ifa etdi - Video

Bu gün 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar "BakuBus"ın sürücüləri maraqlı kompozisiya ilə çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, məşhur "İntizar" ("Vəfadarım mənim") mahnısı sürücülər tərəfindən ifa olunub. İfaçı - 500 nömrəli avtobusun sürücüsü Elçi

18 sentyabr
.

Şəhid atası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu

17 sentyabr
.

Bakının təhlükəsizlik gündəliyi: TDT-nin regional çəkisi və Azərbaycanın artan rolu

Sentyabrın 17-də Bakıda keçirilən görüş Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlıq gündəliyində təhlükəsizlik məsələlərinin getdikcə daha mühüm yer tutduğunu nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyənin Milli Təhlükəsizli

18 sentyabr
.

Türk dünyasının təhlükəsizlik gündəliyi: İlham Əliyevin Bakı görüşündə verdiyi strateji mesajlar

17 sentyabr 2026-cı ildə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərinin iştirakı ilə keçirilən görüş Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində təhlükəsizlik əməkdaşlığının ayrıca və daha sistemli istiqamət kimi önə çıxdığını göstərən mühüm tədbirlərdən biri oldu

18 sentyabr
.

Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regiondakı yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından diqqətçəkən hadisələrdən biri oldu. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat

17 sentyabr
.

20 Sentyabr: Azərbaycanın Dövlət Suverenliyinin Tam Bərpa Olunduğu Tarixi Gün

Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan və Ölkə Başçısı cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə qeyd edilən "20 Sentyabr" tarixi Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunmasın

17 sentyabr
.

Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA

Mobil nömrələrin istifadədən çıxarılaraq sonradan başqa şəxslərə verilməsi vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı müəyyən risklər yarada bilər. Xüsusilə bank tətbiqləri, sosial şəbəkələr, elektron poçt və müxtəlif onlayn xidmətlərdə hesabların telefon nömrəsinə bağlı olması nömr

17 sentyabr
.

General Allahverdiyev dəfn olundu - Fotolar

Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Hərbi Memorial Məzarlıqd

18 sentyabr
.

AZAL "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görüldü

"Azərbaycan Hava Yolları" AZAL (QSC) 2026-cı il "World Airline Awards" mükafatları çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, beynəlxalq hava nəqliyyatı reytin

18 sentyabr