İdeal nəticə axtarışı nə zaman təhlükəli həddə çatır? - AÇIQLAMA
Mükəmməl olmaq istəyi bir çox hallarda uğurun açarı kimi təqdim edilsə də, mütəxəssislər bu yanaşmanın hər zaman sağlam olmadığını bildirir.
Son illərdə xüsusilə gənclər arasında yayılan perfeksionizm meyli, görünməz psixoloji təzyiq yaradır və insanların həm emosional vəziyyətinə, həm də gündəlik həyat keyfiyyətinə təsir göstərir.
Bəs, ideal nəticə axtarışı nə zaman təhlükəli həddə çatır?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Perfeksionizm müəyyən səviyyəyə qədər faydalı ola bilər: insanı daha məsuliyyətli, diqqətli və məqsədyönlü edir. Amma bu xüsusiyyət sərhədi aşanda artıq psixoloji yükə çevrilir. Əsas problem ondadır ki, perfeksionist insanlar özlərinə qarşı qeyri-real tələblər qoyurlar və ən kiçik səhvi belə uğursuzluq kimi qəbul edirlər.
Bu isə zamanla xroniki stressə, özünə inamın azalmasına və hətta tükənmişlik sindromuna gətirib çıxara bilər. Belə insanlar çox vaxt "ya mükəmməl, ya heç nə" prinsipi ilə düşünürlər. Nəticədə isə işi gecikdirir, qərar verməkdə çətinlik çəkir və daim daxili narahatlıq yaşayırlar.
Digər mühüm məqam ondan ibarətdir ki, perfeksionizm insanın özünü dəyərləndirməsini yalnız nəticəyə bağlayır. Yəni uğur varsa - özünü dəyərli hiss edir, uğursuzluq varsa - tam əksinə. Bu isə emosional sabitliyi pozur.
Sağlam yanaşma isə "kifayət qədər yaxşı" prinsipini qəbul etməkdir. İnsan anlamalıdır ki, səhvlər inkişafın bir hissəsidir və mükəmməllik real hədəf deyil. Əks halda, perfeksionizm motivasiya mənbəyi olmaqdan çıxıb, insanın psixoloji sağlamlığı üçün risk faktoruna çevrilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi