Qubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir
"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir".
"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Siyavuş Novruzov bildirib.
"Vladimirovka və Alekseyevka kəndlərində ilkin dövrdə, əsasən rus etnik məsubiyyətli şəxslər yaşayıb. Hazırda əhalisi 3437 nəfər olan Vladimirovka kəndində rus etnik mənsubiyyətli cəmi 7 ailə var. Əhalisi 3719 nəfər təşkil edən Alekseyeva kəndində isə rus etnik mənsubiyyətli şəxs yoxdur.
Adıçəkilən kəndlərdə müxtəlif etnik mənsubiyyətli şəxslər yaşayır. Əhalisi 2567 nəfər olan Timiryazev kəndinə ad 1965-ci ildə verilib. Kənd 1929-cu ildə yaradılan sovxozun bioloq alimi Kliment Timiryazevin şərəfinə belə adlandırılıb. Bu kənddə də hazırda rus etnik ailə yaşamır", - komitə sədri bildirib.
Qeyd edək ki, layihəyə əsasən, Qubanın Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi