Bağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı - Video
Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb.
"Qafqazinfo"nun məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki, tədris prosesi yaxşı keçsə də, insident onları narahat edib.
"Videonun bu şəkildə yayılması və oğlumun da həmin görüntülərdə yer almasına görə açıqlama istəyirik. Biz hamımız uşaqlarımızı bağçadan çıxara bilərik, amma bağça tapmağın özü də problemdir və çətin məsələdir. Buraya ödəniş də etmişik. İstəmərik ki, bağça bağlansın, amma müəllimlər dəyişdirilsə, daha yaxşı olar", - Ə.Nağıyeva qeyd edib.
Bağçanın əməkdaşı Məleykə Kərimova isə deyib ki, sosial şəbəkədə yayılmış xoşagəlməz hal ilə bağlı tədbir görülüb: "Məsul şəxs işdən azad edilib və polis tərəfindən məsələ araşdırılır".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə ilə əlaqədar sözügedən bağçanın əməkdaşı polis idarəsinə dəvət edilərək onunla profilaktik söhbət aparılıb.
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi