Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Boşanmalardan sonra ən çox mübahisə doğuran məsələlərdən biri aliment ödənişləri ilə bağlı olur.
Bəzi hallarda valideynlər məhkəmə qərarına baxmayaraq aliment ödəməkdən yayınır ki, bu da həm uşağın maddi təminatına, həm də ailədaxili münasibətlərə ciddi təsir göstərir.
Bəs aliment ödəməyən şəxslərlə bağlı Azərbaycan qanunvericiliyində hansı tədbirlər nəzərdə tutulub?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Alimentin ödənilməsi məhkəmə qərarı ilə müəyyən edildikdən sonra həmin qərarın icrası məcburi xarakter daşıyır. Əgər şəxs aliment ödəməkdən yayınarsa, onun barəsində bir sıra hüquqi tədbirlər tətbiq oluna bilər.
İlk mərhələdə aliment borcu olan şəxslə bağlı icra məmuru tərəfindən icra tədbirləri görülür. Şəxsin əməkhaqqına, bank hesablarına və ya əmlakına yönəlmə tətbiq edilə bilər. Əgər aliment ödəyicisinin rəsmi gəliri varsa, məbləğ birbaşa maaşından tutulur.
Aliment borcu uzun müddət ödənilmədikdə həmin şəxsin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Bu tədbir xüsusilə borcdan qəsdən yayınan şəxslərə qarşı tətbiq olunur.
Aliment ödəməmək inzibati və bəzi hallarda cinayət məsuliyyəti də yarada bilər. Məhkəmə qərarını qərəzli şəkildə icra etməyən şəxslər İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb oluna bilərlər. Bu zaman cərimə, ictimai işlər və hətta azadlığın məhdudlaşdırılması kimi tədbirlər nəzərdə tutula bilər.
Bu məsələsində əsas məqsəd valideyni cəzalandırmaq deyil, uşağın maddi təminat hüququnun qorunmasıdır. Buna görə də tərəflərə mübahisələri hüquqi çərçivədə və qarşılıqlı anlaşma yolu ilə həll etmək tövsiyə olunur"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi