Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb.
Həmçinin müəyyən olunub ki, məhsullar etiketlənməyib, müşayiətedici sənədləri olmayıb və yararlılıq müddəti bitib.
Bu isə bir sual yaradır: saxta kürü nədir və onun insan sağlamlığı üçün hansı zərərləri var?
Qida eksperti Ağa Salamov Baku TV-yə bildirib ki, kürü növləri bir-birindən fərqlənir: "Məsələn, alginatdan hazırlanan kürülər var. Bunlar təhlükəli hesab olunmur. Alginat dəniz yosunundan əldə edilən maddədir. Maye formasında olur və onun içinə damcı şəklində müxtəlif əlavələr, məsələn, şirələr əlavə etməklə kürü əldə etmək mümkündür. Bu məhsullar əsasən veqanlar üçün nəzərdə tutulur və ucuz sayılmır. Çünki alginatın özü kifayət qədər bahalı məhsuldur.
Təbii kürünü ayırd etməyin yolları da var. Təbii kürü ağızda asanlıqla partlayır və dəniz dadı hiss olunur. Jelatindən hazırlanan süni kürülər isə elastik olur, ağızda gec partlayır. Nəzərə almaq lazımdır ki, belə məhsulların tərkibində süni qida boyaları və konservantlar olur. Bu isə insan orqanizmində müxtəlif fəsadlara səbəb ola bilər"./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi