Xəlil Göyüşov camış əti aşkarlanan "Ramin-Nur"un adını dəyişdi (FOTO)
Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xətai rayonu, R.Bağırov küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Firdovsi Quliyevin rəhbərliyi altında fəaliyyət göstərən "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, həmin hadisədən sonra "Körpü Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşova məxsus və iş adamının oğlu Raminin adına verdiyi sözügedən şadlıq sarayının adını dəyişdirilib.
Həmin yoxlamadan sonra ictimaiyyət arasında camış ətini dana əti adı ilə istehlakçılara təqdim restoran kimi tanınan "Ramin-Nur" şadlıq sarayı artıq "Nova Events Hall" adı ilə fəaliyyət göstərir.
Qeyd edək ki, dünən də Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m 33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Mahir Rauf oğluna məxsus "Alp Delux" şadlıq evində yoxlama keçirib. Baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib. Şübhəli hallar səbəbilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 526 Tarix: 08 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tahir Gözel bu bankın rəhbəri oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı
18 sentyabrGeneral Allahverdiyev dəfn olundu - Fotolar
Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Hərbi Memorial Məzarlıqd
18 sentyabrAdil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17 sentyabrİş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam
17 sentyabr"Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17 sentyabr