Vətən Müharibəsi Qəhrəmanın xanımına rütbə verildi (FOTO)
Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenantı rütbəsi verilib.
Modern.az-ın məlumatına görə, polkovnik-leytenant, şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva bu gün Gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçməsində iştirak edənlər arasında olub.
Ona bu gün leytenant rüstbəsi verilib.
Vüsalə Əliyeva Gömrük orqanlarında işə başlaması barədə Modern.az-a açıqlama verib:
"Hərbi paradlarda öndə gedən komandirin xanımı kimi bu gün də mən qrup komandiri kimi öndə gedirdim"
"Gömrük əməkdaşı olaraq bu gün andiçmə mərasimində iştirak etmək hər birimiz üçün qürurverici və məsuliyyətli idi. Biz vətənimizə, dövlətimizə hər zaman sadiq qalaraq, daim dürüst və peşəkar, vətənpərvər, məsuliyyətli olmaqla yanaşı, Azərbaycan Respublikası qanunlarına sədaqətlə xidmət edəcəyimizə and içdik. Vətən müharibəsi qəhrəmanının, hər zaman hərbi paradda öndə gedən bir komandirin xanımı kimi bu gün də mən qrup komandiri kimi öndə gedirdim. Bu mənim üçün ikiqat məsuliyyətli idi".
"Gömrük orqanındakı andiçmə mərasimi hər il Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Azərbaycanın qurucusu olan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Prezidentə minnətdarıq. Bugünkü çiçəklənən, suveren, azad, müstəqil Azərbaycana görə bütün şəhidlərimizə minnətdarıq. Müstəqil, suveren Azərbaycanın vətəndaşı olaraq, həm də bu dövlətə xidmət edən, Gömrük orqanında xidmət edən biri kimi mənim üçün ikiqat sevincli gündür".
"Zəng edib dedilər ki, əmrim gəlib, artıq mənə leytenant rütbəsi verildi"
"Keçən ilin mayın 8-də mən kiçik leytenant rütbəsi almışdım və indi də yeni bir əmr ilə leytenant rütbəsinə layiq görülmüşəm. Mən Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova öz təşəkkürümü bildirirəm. İnşallah ki, bu etimadı ən yüksək səviyyədə doğruldarıq. Vətənə, Azərbaycana xidmət etmək hər birimiz üçün, xüsusilə də bir zabit kimi bizim üçün şərəfdir.
Övladlarımın yanımda olması mənə həmişə dəstək oldu. Mən də bu gündən Azərbaycan Respublikasına xidmət edirəm. Bu mənim üçün olduqca məsuliyyətli və qürurlu hisdir"- deyə şəhid xanımı bildirib.
Qeyd edək ki, Vüsalə Əliyeva Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən, Şuşaya girişi təmin edən döyüşlərə rəhbərlik edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin həyat yoldaşıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi