Aparıcılar arasında xaos niyə bitmir? - ŞƏRH

Aparıcılar arasında xaos niyə bitmir? - ŞƏRHAzərbaycan televiziiyalarında son illər müşahidə olunan vəziyyət cəmiyyətdə ciddi narazılıq yaratmağa davam edir. Bir zamanlar maarifləndirici və mədəniyyət platforması hesab olunan efirlər indi qalmaqal, şəxsi həyat müzakirələri və etik çərçivələri aşan davranışlarla gündəmə gəlir.

Xüsusilə bəzi aparıcıların efirdə sərgilədiyi özbaşına davranışlar, bir-biriləri ilə yaşadıqları açıq və gizli qarşıdurmalar televiziya məkanında xaotik mənzərə formalaşdırıb.

Bəs bu halların qarşısl niyə tam olaraq alınmır?

Mözvu ilə bağlı sosioloqlar Sonxeber.az -ın sorğusuna cavab ünvanlayıblar:

"Bu gün bəzi televiziya kanallarında baş verənlər göstərir ki, efirlər artıq müəyyən qaydalarla deyil, yalnız aparıcıların şəxsi istəkləri ilə idarə olunur. Sanki həmin kanallarda rəhbərlik, redaksiya siyasəti və ya peşəkar nəzarət anlayışı yoxdur. Efirə kim çağırılır, hansı mövzu müzakirə edilir, necə danışılır, bütün qərarları yalnız aparıcıların özü verir.

Əsas məqsəd isə bir şeyə çevrilib: reytinq toplamaq. Bunun üçün nə etmək lazımdırsa edilir. Kimi qonağı alçaldır, kimi insanların şəxsi həyatını efirdə müzakirə obyektinə çevirir, kimi isə səviyyəsiz suallarla diqqət çəkməyə çalışır. Nəticədə televiziyalar maarifləndirici platformadan çox qalmaqal məkanına bənzəyir.

Ən düşündürücü məqam isə budur ki, efirlərə çıxarılan bəzi şəxslərin nə davranışı, nə danışıq tərzi, nə də cəmiyyət qarşısında nümunə ola biləcək mövqeyi var. Canlı yayımda elementar mədəniyyət qaydalarına əməl etməyən, şəxsi problemlərini nümayiş etdirən, qarşılıqlı təhqir və qalmaqal yaradan insanlar televiziya auditoriyasına təqdim olunur. Bəzən isə açıq şəkildə etiraf edilir ki, səhnədə canlı ifa deyil, fonoqram təqdim olunur. Bu isə tamaşaçıya qarşı hörmətsizlikdən başqa bir şey deyil.

Əgər bütün bunlar "reytinq" hesab olunursa, belə reytinqin cəmiyyətə heç bir faydası yoxdur. Çünki televiziya yalnız baxış sayı toplamaq üçün deyil, həm də ictimai məsuliyyət daşımaq üçün mövcuddur. Ailələrin, uşaqların izlədiyi efirlərdə nümayiş olunan davranışlar isə çox vaxt bu məsuliyyətlə uyğun gəlmir.

Məhz buna görə də minlərlə insan artıq yerli televiziya kanallarının böyük hissəsini izləmək istəmir. Tamaşaçı müəyyən kanalları öz evinə, ailəsinə uyğun hesab etmir. Bu isə televiziya üçün ən ciddi siqnallardan biridir. Çünki tamaşaçı etimadını itirən efir əslində nüfuzunu da itirmiş olur.

Bu gün bir çox aparıcı efirdə özünü toxunulmaz şəxs kimi aparır. İstədiyi formada geyinir, istədiyi tərzdə danışır, insanları aşağılayır, şəxsi həyata müdaxilə edir, küçə söhbətlərini televiziya ekranına daşıyır. Halbuki efir şəxsi məkan deyil və milyonlarla insan qarşısında yayımlanan hər sözün, hər davranışın məsuliyyəti var.

Televiziya kanallarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, problemlərin davam etməsi artıq daha ciddi addımların atılmasını zəruri edir. Cəza tədbirləri sərtləşdirilməli, qaydaları davamlı şəkildə pozan bəzi proqramların fəaliyyəti dayandırılmalıdır. Əks halda reytinq naminə başlayan bu yarış daha təhlükəli və mənəviyyata zidd vəziyyətlər yaradacaq.

Eyni zamanda televiziya üzərində nəzarət mexanizmləri də gücləndirilməlidir. Audiovizual Şura mövcud qaydaları yenidən nəzərdən keçirməli, dəyişən media mühitinə uyğun daha sərt və effektiv tələblər tətbiq etməlidir. Çünki əvvəlki illərin qaydaları bugünkü efir mühitini tənzimləmək üçün artıq kifayət etmir. Əgər vaxtında ciddi addımlar atılmasa, gələcəkdə daha ağır və narahatedici mənzərələrin şahidi ola bilərik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1028   Tarix: 08 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda türk dünyasının təhlükəsizlik gündəliyi: TDT yeni strateji mərhələyə keçir

Bakı son illərdə yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının siyasi və strateji gündəliyinin formalaşdığı mühüm mərkəzlərdən birinə çevrilməkdədir. Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə yüksək səviyyəli nümayənd

18 sentyabr
.

Tahir Gözel bu bankın rəhbəri oldu

"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı

18 sentyabr
.

General Allahverdiyev dəfn olundu - Fotolar

Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Hərbi Memorial Məzarlıqd

18 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr
.

Bakıda TDT-nin təhlükəsizlik gündəliyi: yeni strateji arxitekturanın konturları

[b]Sentyabrın 17-də Bakıda keçirilən yüksək səviyyəli görüş Türk Dövlətləri Təşkilatının inkişafında diqqətçəkən mərhələlərdən birini ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkista

18 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr
.

Avtobus sürücülərindən maraqlı performans - Biri oxudu, digərləri ifa etdi - Video

Bu gün 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar "BakuBus"ın sürücüləri maraqlı kompozisiya ilə çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, məşhur "İntizar" ("Vəfadarım mənim") mahnısı sürücülər tərəfindən ifa olunub. İfaçı - 500 nömrəli avtobusun sürücüsü Elçi

18 sentyabr
.

"Burger King" maaşımızı vermir" - Şikayət

"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay

17 sentyabr
.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr