"14 ildir işlədiyim vəzifədə qalmağım üçün 2500 manat istədi" - Açıqlama
"14 ildir Neftçalanın Şorkənd kəndində kitabxanaçı işləyirəm. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbəri Araz Əlizadə məndən rüşvət tələb edib, vermədikdə isə hədə-qorxu gələrək ərizə yazdırıb və işdən çıxarıb".
Bu iddia ilə "Qafqazinfo"ya Neftçala rayon sakini Gülmira Zeynalova müraciət edib.
O deyir ki, çıxarılmasına səbəb kimi işə gəlməməsi göstərilib: "Əslində Şorkənd Neftçalanın ən ucqar kəndidir, yolu çox uzaqdır, təxminən 2 saata ora çatıram. Amma bununla belə hər gün işə gedirəm. Kənddən sonuncu avtobus saat 5-də çıxır, mən də məcburam o vaxt çıxım, yoxsa qayıda bilmərəm. Taksi də 15-20 manata aparır. Cəmi 400 manat maaş alıram, o pulu ancaq taksiyə verə bilmərəm ki? Mən çıxandan sonra 17:30-da gəlib yoxlayıblar ki, işdə olmamısan. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbəri Araz Əlizadənin qəbulunda oldum, dedi ki, 2500 manat gətir, səni işdə saxlayım. Mən də sənədlərimi hazırlayıb banka getmək istəyirdim ki, kredit götürərək pulu verim, eşitdim məni işdən çıxarıb…"
Şikayətçinin sözlərinə görə, yeni sədr onunla yanaşı, qardaşını da işdən çıxarıb: "Ötən il noyabrın 25-i məni, dekabrın 30-u isə Neftçala Rayon 2 saylı kitabxananın direktoru işləyən qardaşım Rəşad Zeynalovu işdən çıxarıb. Dəfələrlə müraciət etmişəm, ərizə yazmışam, şikayətimə baxan yoxdur".
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə müraciət etdik. Sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşın ittihamları əsassızdır: "Neftçala rayonunun Şorkənd kənd kitabxana filialının keçmiş əməkdaşı Gülmira Zeynalovanın Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadənin fəaliyyəti ilə bağlı irəli sürdüyü iddialar aidiyyəti üzrə araşdırılıb.
Məlumat üçün qeyd edək ki, Gülmira Zeynalova və Rəşad Zeynalov tərəfindən 2026-cı ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Mədəniyyət Nazirliyinə və digər dövlət qurumlarına eyniməzmunlu çoxsaylı müraciətlər ünvanlanıb, həmin müraciətlərə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılıb və nəticəsi barədə müəlliflərə rəsmi yazılı cavablar təqdim edilib.
Araşdırmalar zamanı müəyyən olunub ki, Gülmira Zeynalova və Rəşad Zeynalov çalışdıqları dövrdə əmək intizamının pozulması halları ilə bağlı dəfələrlə intizam məsuliyyətinə cəlb edilib, nəticə etibarilə onlarla bağlanılmış əmək müqavilələrinə əmək qanunvericiliyinə uyğun olaraq xitam verilib. Bununla yanaşı, müraciətlərdə qeyd olunan pul tələbi və digər qanunazidd hərəkətlərlə bağlı hər hansı təsdiqləyici sübut təqdim edilməyib. Aparılmış araşdırma çərçivəsində aidiyyəti əməkdaşların izahatları alınıb, müraciətdə əks olunan iddialar öz təsdiqini tapmayıb".
Nazirliyin açıqlamasında həmçinin qeyd olunub ki, hazırda Gülmira Zeynalova və Rəşad Zeynalov tərəfindən işə bərpa tələbi ilə bağlı qaldırılmış mülki iddialara Neftçala və Salyan rayon məhkəmələrində baxılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi