"Pullarınızın oğurlanmasını istəmirsizsə, mürəkkəb şifrələrdən istifadə edin" - HÜQUQŞÜNAS
Son illərdə texnologiyanın sürətli inkişafı ilə yanaşı kibercinayətlərin sayı da ciddi şəkildə artıb.
Sosial şəbəkələrin, internet bankçılığının və onlayn alış-veriş platformalarının geniş yayılması vətəndaşların şəxsi məlumatlarının oğurlanması, dələduzluq və kibertəhdidlərlə üz-üzə qalmasına səbəb olur.
Bəs kibercinayətlərin artdığı dövrdə vətəndaşlar hüquqlarını necə qoruya bilər? Mövzu ilə bağlı hüquqşünas açıqlama verib:
Mövzu ilə bağlı hüquqşünas Xanım Yusifova Sonxeber.az -a açıqlama verib:
"Vətəndaşlar şəxsi məlumatlarının qorunmasına xüsusi diqqət yetirməlidirlər. Bank kartı məlumatları, şəxsiyyət vəsiqəsinin şəkli, təsdiq kodları və şifrələr üçüncü şəxslərlə paylaşılmamalıdır. Çünki kiberdələduzlar ən çox insanların diqqətsizliyindən istifadə edirlər".
O bildirib ki, sosial şəbəkələrdə və ya mesaj vasitəsilə göndərilən şübhəli keçidlərə daxil olmaq təhlükəlidir:
"Bəzi hallarda vətəndaşlara bank və ya dövlət qurumu adından saxta mesajlar göndərilir. Şəxs həmin keçidə daxil olduqda məlumatları oğurlana bilər. Buna görə də linkin rəsmi mənbəyə aid olub-olmadığı mütləq yoxlanmalıdır.
Əgər vətəndaşın bank hesabından qanunsuz pul çıxılıbsa, şəxsi məlumatları yayılıbsa və ya onlayn dələduzluqla üzləşibsə, dərhal polisə və aidiyyəti qurumlara məlumat verilməlidir. Eyni zamanda bank hesabları bloklanmalı və bütün sübutlar: mesajlar, ekran görüntüləri, köçürmə qəbzləri saxlanmalıdır.
Azərbaycan qanunvericiliyində kibercinayətlərlə bağlı məsuliyyət nəzərdə tutulub və bu cür əməlləri törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Mən vətəndaşlara mürəkkəb şifrələrdən istifadə etməyi, iki mərhələli təhlükəsizlik sistemini aktivləşdirməyi və yalnız rəsmi tətbiq və saytlardan istifadə etməyi tövsiyə edirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi