Bu dərmanları uşaqlarınıza qətiyyən VERMƏYİN
Uşaqlarda qızdırma, öskürək və ya digər narahatlıqlar zamanı valideynlər çox vaxt evdə olan dərmanlardan istifadə edir. Ani xəstəlik yarananda valideynlərin tez müdaxilə etməsi təbiidi. Burada hər yüngül xəstəlik üçün həkimə müraciət ehtiyacının olmaması da rol oynayır.
Bəs, yanlış hallarda verilən dərmanlar vəziyyəti daha da ağırlaşdırsa, necə?
Ümumiyyətlə hansı qrup dərmanları həkim məsləhəti olmadan uşaqlara vermək olar yaxud olmaz?
Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, pediatr Vaqif Qarayev bir yaşına qədər uşaqlara heç bir halda həkim məsləhəti olmadan dərman vermək olmaz deyib.
"Xüsusən bir yaşına qədər uşaqlara həkim məsləhəti olmadan heç bir dava-dərman verilə bilməz. Digər yaş qruplarına isə evdə ancaq qızdırmasalıcılar verilə bilər. Onu da valideyn düzgün dozalaşdıra bilərsə olar. Apteklərdə bəzən şahidi oluram, valideyn deyir ki, uşağımın boğazı ağrayır və qızdırması var.
Aptekdəki satıcı ən azı iki antibiotik verərək iksinin də yaxşı olduğunu və istifadə edə biləcəyini deyir. Bu kökündən yanlış yanaşmadır. Həkim qəbulunda tibbi göstərişə uyğun olaraq antibiotik yazanda bəzi valideynlər etiraz edirlər.
Onlar bilmirlər ki, antibiotik niyə olmaz.
Sadəcə ətraflarından antibiotikin yaxşı dərman olmadığını eşidiblər. Amma aptekdəki satıcının verdiyi antibiotikə heç kim etiraz etmir. Bütün dünyada qəbul olunmuş bir qayda var: antibiotiklər ancaq həkim resepti ilə aptekdən buraxıla bilər və uşaq ondan istifadə edə bilər. Qalan bütün hallarda düzgün deyil".
Hansı hallarda evdə istifadə olunan preparatlar uşaqların sağlamlığı üçün təhlükə yaradır?
"Bəzən uşaqları xəstəxanaya artıq xəstəliyi gecikmiş və ağırlaşmış vəziyyətdə gətirirlər. Valideynin çantasında müxtəlif qruplara aid çoxlu dərman var. Hamısını da uşağa özü verib, bu yanlışdır. Görünürsə ki, bir-iki gün sonra vəziyyət yaxşılaşmaqdansa ağırlaşır, verilən dərmanlar dayandırılmalıdır".
Həkim son olaraq qızdırma olduğu halda, kiçik simptomlarda qızdırmasalıcılardan istifadə oluna biləcəyini bir daha xatırladıb:
"Əslində dünyanın bir çox ölkələrində hər xırda işə görə həkimə müraciət etməmək üçün qızdırmasılıcılar hətta apteklərdə yox marketlərdə satılır. Ancaq bunu da mütləq düzgün dozalaşdırmaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi