Başına dəhrə sancılan kişi təcili yardımda saatlarla telefonla oynadı
Hindistanın Mumbay şəhərində xəstəxananın təcili yardım şöbəsində qeydə alınan görüntülər böyük təəccüb doğurub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı Rohit Naqnath Pavar başına dəhrə sancılmış vəziyyətdə huşunu itirmədən telefonundan istifadə edərkən görüntülənib.
Bildirilir ki, hadisə şəhərin Mankxurd bölgəsində yerləşən qızardılmış toyuq dükanının yaxınlığında baş verib. İddiaya əsasən, Pavar aralarında əvvəlcədən düşmənçilik olan üç nəfərin hücumuna məruz qalıb.
Hücum edənlərdən birinin gəncin başının sol tərəfinə dəhrə sancdığı, digər iki nəfərin isə onu yumruq və təpiklərlə döydüyü bildirilir.
Ağır yaralanmasına baxmayaraq, huşunu itirməyən Pavar dostunun motosikleti ilə xəstəxanaya aparılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun başına sancılmış dəhrə ilə xəstəxana dəhlizində gəzdiyi və telefonundan istifadə etdiyi görünür.
"Sion Hospital"ın neyrocərrahiyyə şöbəsinin rəhbəri Batuk Diyora Pavarın sağ qalmasını "möcüzə" adlandırıb.
Həkimin sözlərinə görə, dəhrə dəri, əzələ, kəllə sümüyü və beyin qişalarını keçərək, üç santimetrdən çox dərinliyə nüfuz etsə də, beynin həyati vacib hissələrinə zərər verməyib. Əməliyyatdan sonra Pavarın vəziyyətinin stabil olduğu, nitq və hərəkət funksiyalarının normal qaldığı açıqlanıb.
Hadisədən sonra ailə üzvləri xəstəxanada müalicəyə başlamazdan əvvəl uzun müddət gözlədiklərini deyərək, rəhbərliyi tənqid edib.
Polis hücumda iştirak etdiyi müəyyən edilən üç nəfərin saxlanıldığını bildirib. Hadisə Mumbayda son dövrlərdə artan bıçaqlı hücumlarla bağlı təhlükəsizlik müzakirələrini yenidən gündəmə gətirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi