"Sky News": Böyük Britaniya Hörmüz boğazına esmines göndərib

"Sky News": Böyük Britaniya Hörmüz boğazına esmines göndəribBöyük Britaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiyada "HMS Dragon" esminesinin iştirakını təmin etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə "Sky News" kanalı Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

Martın 10-da HMS Dragon esminesi İngiltərənin Portsmut şəhərindən yola düşərək Akrotiridəki Britaniya aviabazasının təhlükəsizliyini gücləndirmək üçün Şərqi Aralıq dənizinə yola düşüb.

Martın 2-də bu bazaya dron hücumu nəticəsində ziyan dəyib. Britaniya hakimiyyət orqanlarının məlumatına görə, dron Livan və ya İraqdan buraxılıb. HMS Dragon gəmisi Şərqi Aralıq dənizinə martın 23-də çatıb.

"Sky News"un məlumatına görə, gəmi hazırda Şərqi Aralıq dənizindən Yaxın Şərqə istiqamətini dəyişir. Britaniya Müdafiə Nazirliyi qeyd edib ki, Hörmüz boğazında mümkün missiyada iştirak tamamilə müdafiə xarakteri daşıyacaq və ticarət gəmiləri üçün bu marşrutdan tranzit təhlükəsizliyinə inamı artırmağa yönələcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 152   Tarix: 10 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hantavirusun yayıldığı "MV Hondius" gəmisinin sərnişinləri "yüksək riskli" qrupa daxil edilib

Ölümcül hantavirus infeksiyası yayılmış "MV Hondius" kruiz gəmisinin bütün sərnişinlərinə profilaktik məqsədlərlə yüksək riskli təmasda olan şəxslər kimi baxılır. "Report" xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) gəminin İspaniyanı

10 may
.

Bu şəxslərə qayğanaq yemək OLMAZ

Diabet xəstələri üçün omlet ideal səhər yeməyi deyil. -a istinadən xəbər verir ki, alimərin fikrincə, şəkər xəstələri hər səhər yumurta yeməli olsalar da, rus fizioloqu Boris Jerlıgin bu fikirlə razı deyil. Rus fizioloqu Boris Jerlıgin kanadalı alimlər tərəfindən dərc edilmiş və diabet xəstələri üçü

10 may
.

Quterreş Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəsi alqışlayıb

BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna və Rusiya arasında planlaşdırılan genişmiqyaslı əsir mübadiləsini alqışlayıb. "Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb. "Mən atəşkəs elan edilməsini və Ukrayna ilə Rusiya arasında planlaşdırılan genişmiqyasl

10 may
.

İran ordusu ABŞ və İsraili yeni silahlarla hədələyib

ABŞ və İsrail atəşkəsi pozaraq İrana yenidən hücum etsə, İslam Respublikası yeni döyüş üsullarına əl atacaq. "Report" xəbər verir ki, bu məlumatı İran ordusuna istinadən "Tasnim" agentliyi yayıb. "Əgər düşmən yenidən hesablamalarda səhv edib İrana hücum edərsə, o, mütləq digə

10 may
.

İran ABŞ sanksiyalarını dəstəkləyən ölkələrin gəmilərinin Hörmüzdən keçidini bloklayacaq

İran qarşı ABŞ-nin sanksiya rejiminə qoşulan ölkələrin gəmilərinin Hörmüz boğazından keçməsi qadağan ediləcək. "Report" xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya IRNA-ya müsahibəsində bildirib. "Bundan sonra ABŞ-dən nümunə götürərək İrana qarşı sanksiyala

10 may
.

Britaniyalı alimlərdən UNİKAL KƏŞF

Britaniyalı tədqiqatçılar bütün məlum həyat formalarından fərqli genetik koddan istifadə edən mikroskopik orqanizm aşkar ediblər. xəbər verir ki, bu barədə "PLOS Genetics" jurnalında məlumat verilib. Qeyri-adi kəşf alimlər tərəfindən təsadüfən, ayrı-ayrı hüceyrələrin DNT ardıcıllığını müəyyənləşdirm

10 may
.

Hantavirus da Covid19 qədər təhlükəlidir? - Cavab

Rusiyalı alim Hantavirusun COVİD-19 qədər təhlükəli olmadığını açıqlayıb. xəbər verir ki, bu barədə rusiyalı həkim Valery Litvinov "Ria Novosti"yə danışıb. O bildirib ki, koronavirus insandan insana çox sürətlə və minimal təmas zamanı yayıldığı halda, Hantavirus üçün bu xüsusiyyət xarakteri

11 may
.

Pakistanda posta edilən hücumda üç polis həlak olub

Pakistanın Xayber-Paxtunxva əyalətində polis məntəqəsinin yaxınlığında baş verən bomba hücumunda azı üç hüquq-mühafizə orqanı əməkdaşı həlak olub. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə ölkənin şimal-qərbindəki Bannu şəhərinin kənarında baş verib. Təhlükəsizli

10 may
.

Rusiyalı həkim astmanın gizli simptomlarını sadaladı

Kəskin respirator virus infeksiyasından sonra uzunmüddətli öskürək, soyuq havada fitəbənzər nəfəsalma, gecə öskürək tutmaları və sinədə sıxılma hissi bronxial astmanın əlaməti ola bilər. xəbər verir ki, bu barədə " "ya tibb elmləri namizədi Dmitri Bulanov danışıb. "Bu vəziyyət tez-te

10 may