NATO Uzaq Şərqin kosmodromlarında peyklərin buraxılması imkanlarını araşdırır
NATO birgə peyk buraxılışları üçün Yaponiya, Avstraliya, Yeni Zelandiya və Koreya Respublikasındakı buraxılış məntəqələrindən istifadə etməyi nəzərdən keçirir.
"Report"un Yaponiyanın "Nikkei" qəzetinə istinadən verdiyi məlumata görə, müzakirələr NATO tərəfindən 2024-cü ildə başladılan "Starlift" proqramına alyansın dörd Hind-Sakit okean tərəfdaşının daxil edilməsi ilə bağlıdır.
Nəşrin məlumatına görə, proqram iştirakçı dövlətlərin kosmik infrastrukturdan qarşılıqlı istifadəsini təmin edir.
Onun məqsədi mövcud peyklərin zədələnməsi və ya məhv edilməsi halında ehtiyat peyklərin orbitə tez bir zamanda buraxılmasını təmin etməkdir. Bu mexanizm həm hərbi, həm də kommersiya peyklərinə tətbiq oluna bilər.
Hazırda Almaniya, İtaliya və Fransa da daxil olmaqla ondan çox NATO ölkəsi Starlift-də iştirak edir. Nəşrin məlumatına görə, Yaponiya tərəfi proqramda iştirak perspektivlərinə ümumilikdə müsbət baxır.
Lakin Tokionun qoşulması üçün ayrıca bir razılaşma, eləcə də sərhəd keçid məntəqələrində avadanlıqların gömrük rəsmiləşdirilməsi ilə bağlı prosedurların tənzimlənməsi tələb olunacaq. Bu məsələ ilə bağlı Yaponiya hökuməti daxilində artıq idarələrarası koordinasiya aparılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 174 Tarix: 10 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KİV: ABŞ Avropanın daha bir neçə ölkəsindən hərbi kontingentini çıxarır
ABŞ-nin NATO üzrə müttəfiqləri hesab edirlər ki, Vaşinqton 5 min hərbçinin Almaniyadan çıxarılması ilə kifayətlənməyəcək, Avropada hərbi kontingentini daha da azaldacaq. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb. "NATO-ya üzv ölkələrin diplomatlar
10 maySüni intellekt uzun mətnlərdə düşünmə qabiliyyətini itirir - Yeni araşdırma
Rusiyanın AIRI İnstitutunun tədqiqatçıları süni intellektin məlumat kontekstini necə təhlil etdiyini və məntiqi zəncirlər qurduğunu qiymətləndirmək üçün yeni metod hazırlayıblar. "Rambler"ə istinadən xəbər verir ki, yoxlamalar nəticəsində populyar böyük dil modellərinin uzun məlumat massivlər
10 mayTrampdan hantavirus açıqlaması
ABŞ Prezidenti Donald Tramp hantavirusla bağlı vəziyyətin "çox yaxşı nəzarətdə" olduğunu bəyan edib. xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb. "Görünür, vəziyyətə çox yaxşı nəzarət edirik", - deyə dövlət başçısı bildirib. O əlavə edib ki, Ümumdünya Səhiyy
10 mayAvropada hər il əlavə 100 min adam bu səbbədən ölür
Araşdırmalar göstərib ki, iqtisadi bərabərsizlik Avropada hər il istilik və soyuq səbəbindən baş verən ölüm hallarını 100 00 nəfərdən çox artırır. xəbər verir ki, bu barədə "The Guardian" yazır. Tədqiqat həmçinin göstərib ki, bərabərsizlik səviyyəsinin Avropanın ən bərabər regionu olan Sloveniy
10 mayMayamidə qayıqda baş verən partlayışda azı 11 nəfər yaralanıb
Mayami çimərliyində qayıqla bağlı hadisə nəticəsində ən azı 11 nəfər xəsarət alıb. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə turistlər və qayıqçılar üçün məşhur bir yer olan Haulover Sandbar yaxınlığında baş verib. Mayami-Dade Yanğından Mühafizə Xidmətinin məlumatın
10 mayVenesueladakı zənginləşdirilmiş uran ABŞ-yə aparıldı
ABŞ Venesuelada mövcud olan bütün zənginləşdirilmiş uran ehtiyatını bu ölkənin ərazisindən tamamilə çıxarıb. "The Guardian"a istinadən bildirir ki, bunu Birləşmiş Ştatlarının Energetika Nazirliyi bəyan edib. Qeyd olunan 13.5 kiloqramlıq nüvə yanacağı bunadək Karakasın yaxınlığında yerləşə
10 may"Bloomberg": Qətər Hörmüz boğazı vasitəsilə MTQ ixracını bərpa edib
Qətər İranla müharibənin başlanmasından bəri ilk dəfə Hörmüz boğazından mayeləşdirilmiş təbii qaz (MTQ) daşıyan tankeri keçirə bilib. Bu, regiondan tədarüklərin tədricən bərpa olunduğu mənasına gələ bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Gəmilərin izlənməs
10 may