Almaniyada aviauçuşlarla bağlı ciddi təhlükə: 20 milyon sərnişinə təsir edə bilər
Kerosin qıtlığı səbəbindən qarşıdakı yay mövsümündə aviareyslərin ləğvi Almaniyada təxminən 20 milyon sərnişinə təsir göstərə bilər.
Oxu.Az xəbər verir ki, bunu Almaniya Aeroportlar Assosiasiyasının (ADV) baş direktoru Ralf Bayzel "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.
"Ən pis ssenaridə bəzi hava limanlarında buraxılış qabiliyyətinin 10% azalması təhlükəsi var. Bütün hava limanları üzrə hesabladıqda bu, təxminən 20 milyon sərnişinə təsir göstərə bilər", - deyə o qeyd edib.
R.Bayzelin sözlərinə görə, bəzi marşrutlar üzrə təyyarələr ümumiyyətlə Almaniyadan uçuş həyata keçirməyə bilər. Digər istiqamətlərdə isə reyslərin sayı azalacaq və aviabiletlərin qiyməti xeyli bahalaşacaq.
O bildirib ki, ilk növbədə loukoster aviaşirkətləri bəzi istiqamətlər üzrə uçuşları dayandıra bilər.
Xatırladaq ki, aprelin ortalarında Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol "Associated Press" agentliyinə müsahibəsində Avropanın təxminən altı həftə ərzində aviasiya yanacağı ehtiyatlarını tükədə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 434 Tarix: 10 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Okeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı
Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşmən
14 sentyabrPentaqon 25 min ABŞ əsgərini Avropadan çıxara bilər
Pentaqon təxminən 25.00 Amerika əsgərini, eləcə də döyüş təyyarələrini, gəmilərini və silahlarını Avropadan çıxarmağı nəzərdən keçirir. xəbər verir ki, NBC News yazır ki, "Pentaqon təyyarələri, gəmiləri, silahları və on minlərlə Amerika əsgərini Avropadan çıxarmaq üçün radikal bir plan nəzərdə
18 sentyabrABŞ fond indeksləri hərracı enişlə başa vurdu
ABŞ fond indeksləri bazar ertəsi günü neft qiymətlərinin artması və süni intellektin texnoloji və maliyyə perspektivləri ilə bağlı narahatlıqlar fonunda ticarətdə aşağı düşdü. xəbər verir ki, süni intellekt nəhəngi Anthropic-in baş direktoru Dario Amodei, həftəsonu təhlükəsizliklə bağlı narahatlıqla
15 sentyabrBöyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyanı Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN-in məlumatına istinadən xəbər verir. Nazirlikdə diplomata London tərəfindən Ukraynaya PUA və digər silah sistemləri tədarükünün artırılması ilə əlaqədar etiraz bildirilib
18 sentyabrLukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə
15 sentyabr