Ev heyvanı saxlayanlara vacib tövsiyə: Bir səhv faciə ilə nəticələnəcək

Ev heyvanı saxlayanlara vacib tövsiyə: Bir səhv faciə ilə nəticələnəcəkTərkibində çoxlu sayda bakteriya olduğuna görə durğun sular itlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir və ev heyvanlarının bu sulardan istifadə etməsinə icazə verilməməlidir.

Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Kinoloji Federasiyasından (RKF) məlumat verilib.

"Dördayaqlı dostlarımızın hər zaman təmiz içməli suya çıxışı olmalıdır. Sahədəki su çəlləklərindən və ya fəvvarələrdən itlərin su içməsinin qarşısını alın. Çünki durğun sular zərərli mikroorqanizmlərlə doludur. Bu qayda şəhərkənarı nohurlar və gölməçələr üçün də keçərlidir - belə sularda çimmək qətiyyən məsləhət görülmür. Açıq su çəlləkləri isə əlavə risk yaradır. İtin qəfildən suya düşməsinin qarşısını almaq üçün onların üstü bağlı saxlanılmalıdır. Heyvan oradan təkbaşına çıxa bilməyə bilər", - deyə qurumdan bildirilib.

Mütəxəssislər, həmçinin ev heyvanlarının zəhərli bitkilərdən uzaq tutulmasının vacibliyini vurğulayıblar.

RKF-dən verilən məlumata görə, itlər üçün ən təhlükəli bitkilər arasında delfinium, tülkügülü, nərgiz, lalə (xüsusilə soğanaqları), inciçiçəyi və krokuslar yer alır.

"Bundan əlavə, kompost da özündə zəhərli maddələr saxlaya bilər", - deyə təşkilatdan qeyd olunub.

Qurum bağ evinə və ya təbiətə aparılan heyvanların təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyinə də diqqət çəkib.

"Əgər itin kölgəlik yerə və ya sərin suya çıxışı yoxdursa, cəmi 15-20 dəqiqə ərzində günvurmadan zərər görə bilər. Üstəlik, ev heyvanını heç vaxt günəş altında və ya bağ yaxınlığında dayanmış avtomobildə bağlı vəziyyətdə qoymayın. Bu, bir neçə dəqiqə ərzində ölümlə nəticələnə bilər", - deyə kinoloqlar xəbərdarlıq ediblər.

Mütəxəssislər səfərə çıxmazdan əvvəl itin bütün vacib peyvəndlərinin vurulduğuna əmin olmağı da tövsiyə ediblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 885   Tarix: 10 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Okeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı

Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşmən

14 sentyabr
.

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini irəli sürüb

ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul etmək istiqamətində daha bir addım ataraq, yekun səsverməyə yol açan prosedur maneəsini aşıb. xəbər verir ki, müvafiq qətnamə 214 konqresmen tərəfindən səsə qoyulub, 211 nəfər əleyhinə çıxıb. Qanun layihəsi üzr

16 sentyabr
.

Avropa Komissiyası 13 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan etməyi təklif edib

Avropa Komissiyası internetdə uşaqların müdafiəsi üçün yeni qaydaları, o cümlədən sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətlərini nəzərdə tutan "EU KIDS Act" reqlament layihəsini təqdim edib. "Report"-un Avropa bürosu xəbər verir ki, sənədə əsasən, 13 yaşından kiçik uşaqlar

17 sentyabr
.

15 il sonra rejimdən gizlətdiyi kitablarına qovuşma anları viral oldu - Video

Suriyada Əsəd rejiminin dini və fəlsəfi əsərləri məhv edə biləcəyindən ehtiyat edən Əmr bin Mustafa Əlvan 15 il əvvəl divarın arxasında gizlətdiyi kitabxanasına qovuşub. "Qafqazinfo" xəbər verir ki, Suriya vətəndaş müharibəsinin ilk illərində Bəşər Əsəd rejiminin bir sıra kitabları qadağa

18 sentyabr
.

Pentaqon 25 min ABŞ əsgərini Avropadan çıxara bilər

Pentaqon təxminən 25.00 Amerika əsgərini, eləcə də döyüş təyyarələrini, gəmilərini və silahlarını Avropadan çıxarmağı nəzərdən keçirir. xəbər verir ki, NBC News yazır ki, "Pentaqon təyyarələri, gəmiləri, silahları və on minlərlə Amerika əsgərini Avropadan çıxarmaq üçün radikal bir plan nəzərdə

18 sentyabr
.

Gürcüstanda ABŞ tərəfinin iştirakı ilə xarici hərbi maliyyələşmə müzakirə olunub

Gürcüstan Müdafiə Nazirliyində xarici hərbi maliyyələşdirmə ilə bağlı məsələlər ABŞ tərəfinin iştirakı ilə müzakirə olunub. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyində ABŞ-nin təhlükəsizlik sektoruna dəstəyi ilə bağlı maliyyə icmalı keçirilib. Görüşlərdə ABŞ-ni

17 sentyabr
.

ABŞ fond indeksləri hərracı enişlə başa vurdu

ABŞ fond indeksləri bazar ertəsi günü neft qiymətlərinin artması və süni intellektin texnoloji və maliyyə perspektivləri ilə bağlı narahatlıqlar fonunda ticarətdə aşağı düşdü. xəbər verir ki, süni intellekt nəhəngi Anthropic-in baş direktoru Dario Amodei, həftəsonu təhlükəsizliklə bağlı narahatlıqla

15 sentyabr
.

Böyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyanı Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN-in məlumatına istinadən xəbər verir. Nazirlikdə diplomata London tərəfindən Ukraynaya PUA və digər silah sistemləri tədarükünün artırılması ilə əlaqədar etiraz bildirilib

18 sentyabr
.

Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə

15 sentyabr