KİV: İsrail İraqda gizli hərbi baza yaradıb
İsrailin İrana qarşı hərbi əməliyyata başlamazdan əvvəl İraq ərazisində gizli hərbi baza yerləşdirdiyi iddia olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, obyekt İsrail Hərbi Hava Qüvvələri üçün logistika mərkəzi kimi fəaliyyət göstərib. Bazada, həmçinin xüsusi təyinatlı qüvvələr və İsrail təyyarələrinin vurulacağı halda istifadə olunmaq üçün axtarış-xilasetmə qrupları yerləşdirilib.
Nəşr qeyd edir ki, ABŞ-yə məxsus "F-15" qırıcısı İran səmasında qəzaya uğradıqda İsrail Vaşinqtona yardım təklif edib. ABŞ hərbçiləri hər iki pilotu öz qüvvələri ilə təxliyə etsələr də, "The Wall Street Journal"ın mənbəsinin sözlərinə görə, İsrail həmin vaxt xilasetmə əməliyyatının təhlükəsizliyini təmin etmək üçün hava zərbələri endirib.
Qəzet yazır ki, martın əvvəlində İsrailin bu bazası demək olar ki, ifşa olunacaqdı. Yerli sakinlərdən biri qeyri-adi hərbi aktivliyə diqqət yetirdikdən sonra İraq hərbçiləri əraziyə kəşfiyyat məqsədilə yollanıblar, lakin hücuma məruz qalıblar.
Daha sonra İraq hakimiyyəti yoxlama aparmaq üçün əlavə qüvvələr göndərib və həmin ərazidə hərbi kontingentin mövcudluğunu göstərən izlər aşkarlanıb.
WSJ bildirir ki, ABŞ də hərbi əməliyyatlar ərəfəsində müvəqqəti obyektlər yaradır. Nəşrin məlumatına görə, aprelin əvvəlində amerikalı pilotların təxliyəsi zamanı İranda da belə bir məntəqə qurulub.
Xilasetmə əməliyyatı başa çatdıqdan sonra ABŞ bazanı tərk edə bilməyən təyyarə və helikopterləri məhv edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 500 Tarix: 10 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Okeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı
Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşmən
14 sentyabrPentaqon 25 min ABŞ əsgərini Avropadan çıxara bilər
Pentaqon təxminən 25.00 Amerika əsgərini, eləcə də döyüş təyyarələrini, gəmilərini və silahlarını Avropadan çıxarmağı nəzərdən keçirir. xəbər verir ki, NBC News yazır ki, "Pentaqon təyyarələri, gəmiləri, silahları və on minlərlə Amerika əsgərini Avropadan çıxarmaq üçün radikal bir plan nəzərdə
18 sentyabrABŞ fond indeksləri hərracı enişlə başa vurdu
ABŞ fond indeksləri bazar ertəsi günü neft qiymətlərinin artması və süni intellektin texnoloji və maliyyə perspektivləri ilə bağlı narahatlıqlar fonunda ticarətdə aşağı düşdü. xəbər verir ki, süni intellekt nəhəngi Anthropic-in baş direktoru Dario Amodei, həftəsonu təhlükəsizliklə bağlı narahatlıqla
15 sentyabrBöyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyanı Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN-in məlumatına istinadən xəbər verir. Nazirlikdə diplomata London tərəfindən Ukraynaya PUA və digər silah sistemləri tədarükünün artırılması ilə əlaqədar etiraz bildirilib
18 sentyabrLukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə
15 sentyabr