Mirzoyandan Putinə cavab: "Ermənistan lazımi vaxtda Aİ ilə Avrasiya İttifaqı arasında seçim edəcək"
"Ermənistan lazımi vaxtda Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) xeyrinə qərar qəbul edəcək".
Oxu.Az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri ölkənin xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib.
Erməni nazir bununla da Rusiya Prezidenti Vladimir Putinin "sivil boşanma" ilə bağlı fikirlərinə münasibət bildirib. "Səmimi desək, hazırda seçki kampaniyasının qızğın çağındayıq və bütün bəyanatları, detalları izləmək üçün o qədər də vaxtımız yoxdur. Ancaq xatırlatdığınız konkret məsələyə gəldikdə, həmişə bildirmişik ki, Ermənistanın Aİİ və Aİ arasında seçim etmə vaxtı yetişdikdə, təbii ki, biz bu seçimi edəcəyik. Burada qeyri-adi heç nə yoxdur. Hazırda biz Aİİ-nin üzvüyük və bu təşkilat çərçivəsində fəaliyyətimizi davam etdiririk", - deyə Mirzoyan bildirib.
Xatırladaq ki, mayın 9-da Vladimir Putin Ermənistanın Avropa İttifaqına qoşulma planlarının xüsusi diqqət tələb etdiyini bildirib. Rusiya dövlət başçısı bu məsələ ilə əlaqədar ölkədə referendum keçirilməsini təklif edib. O, həmçinin qeyd edib ki, əgər ermənilər bu təşəbbüsü dəstəkləyərlərsə, o zaman Rusiya "sivil boşanma prosesinə" başlaya bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 680 Tarix: 10 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Okeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı
Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşmən
14 sentyabrPentaqon 25 min ABŞ əsgərini Avropadan çıxara bilər
Pentaqon təxminən 25.00 Amerika əsgərini, eləcə də döyüş təyyarələrini, gəmilərini və silahlarını Avropadan çıxarmağı nəzərdən keçirir. xəbər verir ki, NBC News yazır ki, "Pentaqon təyyarələri, gəmiləri, silahları və on minlərlə Amerika əsgərini Avropadan çıxarmaq üçün radikal bir plan nəzərdə
18 sentyabrABŞ fond indeksləri hərracı enişlə başa vurdu
ABŞ fond indeksləri bazar ertəsi günü neft qiymətlərinin artması və süni intellektin texnoloji və maliyyə perspektivləri ilə bağlı narahatlıqlar fonunda ticarətdə aşağı düşdü. xəbər verir ki, süni intellekt nəhəngi Anthropic-in baş direktoru Dario Amodei, həftəsonu təhlükəsizliklə bağlı narahatlıqla
15 sentyabrBöyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyanı Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN-in məlumatına istinadən xəbər verir. Nazirlikdə diplomata London tərəfindən Ukraynaya PUA və digər silah sistemləri tədarükünün artırılması ilə əlaqədar etiraz bildirilib
18 sentyabrLukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə
15 sentyabr