Polad Həşimovun QİSASINI almaq üçün cəbhəyə yollanan ŞƏHİDİN SON FOTOSU

Polad Həşimovun QİSASINI almaq üçün cəbhəyə yollanan ŞƏHİDİN SON FOTOSU"Vüsal bizi çox sevirdi, amma Vətən sevgisi onun üçün hər şeydən üstün idi".

Sonxeber.az xəbər verir ki, bu fikirləri Modern.az-ın "Şəhiddən qalan son foto" rubrikasına şəhid Vüsal Zakir oğlu Musayevin anası Vüsalə Musayeva deyib.

O bildirib ki, Vüsalın son şəkli atası və qardaşı ilə birgə çəkilib.

"15 günün içində çox arıqlamışdı, müharibəyə yollanmağının üzərindən az müddət keçmişdi ki, Vüsal şəhid oldu.

Müharibə başlamazdan 5-6 gün əvvəl idi. Həyat yoldaşımla evlilik ildönümümüz idi. Vüsal bizi şəhərdə dəniz mənzərəli restoranlardan birinə balıq yeməyə aparmışdı. Bir neçə gün əvvəl də hərbi komissarlıqdan ona çağırış gəlmişdi. Amma bunun hansı gün olacağını, müharibənin başlayacağını heç ağlımıza belə gətirməzdik.

Vüsal həmin gün (evlilik ildönümümüzdə) çox durğun idi. Baxışlarından hiss olunurdu ki, gözlərində qəribə bir kədər var. Elə bil gözləri yol çəkirdi. Çox qayğılı görünürdü. Halbuki Vüsal çox şən, gülərüz biri idi. Müharibəyə yollanmazdan 2-3 gün əvvəl isə tamam dəyişmişdi. Çox səssiz idi. Elə bil harasa tələsirdi, nəyəsə çatmağa çalışırdı. Tez-tez "tez olun, gedək!" deyirdi.

Polad Həşimovun QİSASINI almaq üçün cəbhəyə yollanan ŞƏHİDİN SON FOTOSURestoranda oturduq, güldük, söhbət etdik, yemək yedik. Sonra Vüsal ofisiantlara çoxlu pul verdi. Həmişə deyirdi ki, harada yemək yeyirsinizsə, ofisiantlara hörmət edin. Çünki özü də uşaqlıq illərində restoranlarda ofisiant işləmişdi. Daha sonra bizi tələsik evə gətirdi, özü isə dostları ilə görüşməyə getdi. Səhəri gün artıq təlimə yollandı".

Vüsalə xanım deyir ki, iki oğlu var və Vüsalı heç vaxt yox kimi qəbul etmir, onu hər zaman ailənin bir parçası hesab edir:

"Mənim iki oğlum var - biri Vüqar, biri Vüsal. Mən həmişə deyirəm ki, Vüsal var. Onu heç vaxt yox kimi qəbul etmirəm. Evimizin sonbeşiyi idi. Ən əzizimiz, ən şirinimiz. Hamımızı çox sevirdi.

Vüsal general Polad Həşimov şəhid olduqdan sonra xidmətə getmək üçün könüllü olaraq yazılmışdı. Ondan əvvəl Aprel döyüşlərində də könüllü olmaq istəmişdi. Elə buna görə də ilk çağırılanlardan oldu. Öz istəyi ilə getdi. Bizi nə qədər çox sevsə də, Vətən sevgisi hər şeydən üstün idi. Hətta könüllü yazıldığını bizə deməmişdi. Biz bunu şəhid olduqdan sonra öyrəndik.

Mənim üçün onun haqqında danışmaq çox çətindir. Amma Vüsal çox vətənpərvər, ailəsini və Vətənini sevən, hər kəsə yaxşılığı dəyən bir insan idi. Şən, xeyirxah və mərhəmətli idi".

Vüsal Zakir oğlu Musayev 12 iyun 1996-cı ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. 2014-cü ilin ikinci yarısından həqiqi hərbi xidmətə Naxçıvanda başlayıb. Kəşfiyyatçılar üçün təlimləri yüksək nəticələrlə başa vurub. Sonralar xidmətini düşmənlə sərhəddə yerləşən "N" saylı hissədə davam etdirib.

Kəşfiyatçı kimi Vətənə xidmət borcunu şərəflə yerinə yetirən Vüsal Musayev ordudan tərxis olunandan sonra bir müddət Bakıda mobil telefonların satışı mağazasında çalışıb. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü səfərbərlik qeydiyyatına yazılıb. 21 sentyabr 2020-ci ildə səfərbərliyə çağırılıb və bir neçə günlük hərbi təlim toplanışından sonra 27 sentyabrda başlayan Vətən müharibəsinə - Füzuli cəbhəsində qatılıb.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şücayət göstərərək düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Xocavənd-Füzuli istiqamətində keçirilən döyüş əməliyyatlarında sona qədər düşmənə qan uddurmağa davam edib. 13 oktyabrda Ərgünəş dağında şəhidlik məqamına yüksəlib. Xırdalan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən ugrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 241   Tarix: 12 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!

Azərbaycanın avtomobil yollarında mayın 12-də müşahidə ediləcək vəziyyət açıqlanıb.​. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarınd

11 may
.

Güclü külək əsəcək

Mayın 12-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Kəlbəcər, Laçın, Zəngiland

11 may
.

Azərbaycanda komanda meydana iki qapıçıyla çıxdı

"Şəki Siti" II Liqada meydana iki qapıçı ilə çıxıb. xəbər verir ki, 26-cı turu çərçivəsində baş tutan "Şəki Siti" - "Göygöl" qarşılaşmasında (2:1) ev sahibləri heyət sıxıntısı ilə üzləşib. Şəki təmsilçisi matça cəmi bir ehtiyat oyunçu ilə qoşulub. Heyət qıtlığı səbəbində

11 may
.

Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb

Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb. report-a istinadən xəbər verir ki, mayın 10-u saat 13 radələrində 2024-cü il təvəllüdlü M.A. Tərtər şəhərində yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırmala

11 may
.

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir. xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyə

11 may
.

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı (VİDEO)

Su ərazidə o qədər qalıb ki, küçə çömçəquyruqların məskəninə çevrilib. Sakinlər də çətinliklə hərəkət edirlər. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları, Rauf Hacıyev küçəsi döngə 7 ünvanındandır. Sakinlər bildirilər ki

12 may
.

PA-nın rəhbəri: İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır

2026-cı il mayın 1-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 40-dan artıq yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. "Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevi

10 may
.

Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdak

11 may
.

20 günün əsgəri vəfat etdi

Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib. -a istinadla xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib. Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir. Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Əsgər Hüseyn Əsədov bu gün Binə qəbiristanlığında torpağ

11 may