Yuxu pozuntuları psixoloji problemlərin xəbərçisidir? - AÇIQLAMA

Yuxu pozuntuları psixoloji problemlərin xəbərçisidir? - AÇIQLAMAYuxu insan psixikasının ən həssas göstəricilərindən biridir və çox vaxt daxildə baş verən emosional dəyişikliklər ilk olaraq məhz yuxu rejimində özünü göstərir.

Son dövrlərdə yuxuya getməkdə çətinlik, tez-tez oyanma və ya keyfiyyətsiz yuxu kimi şikayətlərin artması bu mövzunu daha da aktuallaşdırır.

Bəs yuxu pozuntuları sadəcə yorğunluqdan yaranır, yoxsa daha dərin psixoloji problemlərin xəbərçisi ola bilər?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Yuxu pozuntuları çox vaxt təkbaşına bir xəstəlik deyil, psixoloji vəziyyətin "siqnal sistemi"dir. Yəni insanın daxilində gərginlik, narahatlıq və ya emosional yüklənmə artdıqda beyin istirahət rejiminə tam keçə bilmir. Bu zaman ən çox rast gəlinən səbəblərdən biri xroniki stressdir. İnsan gün ərzində yaşadığı gərginliyi tam emal etmədikdə, bu yük gecə saatlarında yuxunu parçalayır və ya ümumiyyətlə yuxuya getməni çətinləşdirir.

Bundan başqa, narahatlıq pozuntuları və depressiv vəziyyətlər də yuxu ritmini ciddi şəkildə dəyişə bilir. Məsələn, bəzi insanlarda yuxusuzluq, digərlərində isə həddindən artıq çox yatma meyli müşahidə olunur. Bu fərqliliklər psixikanın hansı istiqamətdə yükləndiyindən asılıdır.

Vacib məqamlardan biri də odur ki, uzun müddət davam edən yuxu pozuntuları artıq təkcə psixoloji deyil, fiziki sağlamlığa da təsir edir: diqqət zəifləyir, emosional dayanıqlıq azalır, qərarvermə qabiliyyəti zəifləyir. Bu da bir növ "zəncirvari reaksiya" yaradır.

Ona görə də yuxu problemi davamlı hal alırsa, onu yalnız "yorğunluq" kimi qəbul etmək düzgün deyil. Bu, çox vaxt orqanizmin və psixikanın köməyə ehtiyacı olduğuna dair ilkin siqnallardan biri kimi qiymətləndirilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 876   Tarix: 12 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Qadın evində yanaraq öldü - Oğlu saxlanıldı-Yenilənib

Tovuzda fərdi yaşayış evində yanğın olub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Nüşabə Hüseynova yanıq xəsarətləri alıb. İlkin məlumata görə, qadın xəstəxanaya aparılsa da, onun öldüyü müəyyən edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğund

3 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr