"Ermənistan regionda sülh və sabitlik tərəfdarıdırsa, silahlanma kontekstində addımları sual doğurur" - DEPUTAT
"Ermənistanda seçkilər yaxınlaşdıqca xarici qüvvələr mövcud normallaşma və həssas sülhə ziyan olacaq addımlar atırlar. Bu gün nədənsə ortaq sülh gündəliyinə zərbə vurmaq istəyənlərə adekvat cavab Ermənistandan gəlmir.
Regiondan kənar qüvvələr Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına sistemli şəkildə müdaxilə edir".
Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, Cənubi Qafqazda davamlı sülhün qurulması yükünü əsasən Azərbaycan özü daşıyır:
"Əgər Ermənistan doğrudan da sülh istəyirsə, onda Ermənistan rəsmiləri açıq şəkildə Azərbaycan əleyhinə olan xarici təşəbbüslərə qarşı çıxmalıdırlar. Yəni Ermənistan yalnız sözlə deyil, praktiki şəkildə də sülhə sadiqliyini göstərməlidir.
Bu gün Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar. Amma Ermənistan öz ərazi bütövlüyünə hörmət tələb etdiyi halda, Azərbaycanın ərazi bütövlüyünü sual altına alan fəaliyyətlərə mane olmur.
Bəzi Avropa institutları, xüsusilə də Avropa Parlamenti və Fransa kimi ölkələrin siyasətçiləri neytral davranmırlar, birtərəfli qaydada Ermənistanı dəstəkləyirlər. Onların verdiyi bəyanatlar və qəbul etdikləri qətnamələr regionda balansı pozur, sülh və sabitliyə zərər vurur. Ermənistan sürətlə silahlanır. Fransa, Hindistan və bir sıra Qərb dövlətləri bu prosesdə Ermənistana dəstək göstərir".
Deputat vurğulayıb ki, hazırda NATO-Fransa hərbi modelinə uyğun Ermənistanda ordu qurulur:
"Ermənistan sürətlə Sovet hərbi modelindən imtina edir. Bu, özünü silahlanmada da göstərir. 44 günlük Vətən müharibəsinədək Rusiya hərbi sənayesi Ermənista da üstünlük təşkil edirdisə, artıq Fransa, Hindistan və digər Qərb ölkələrindən alınan hərbi texnika və sursat üstünlük təşk edir. Qərb ölkələri ilə birgə əməkdaşlıq çərçivəsində Ermənistan müdafiə sənayesi hücum silahları istehsal etməyə başlayıb. Bu xüsusda, Ermənistanda keçiriləcək hərbi paradda nümayiş etdiriləcək puaları qeyd edə bilərik. Bundan başqa, ABŞ vitse-prezidenti Ceyms D.Vensin səfəri zamanı imzalanan müqavilələrdən 1-i də ABŞ-ın hərbi dronlarının tədarük edilməsi ilə bağlı idi. Həmçinin, Avropa İttifaqının Sülh Fondu Ermənistana artıq 2-ci dəfədir ki (10 milyon və 20 milyon avro olmaqla) onun hərbi və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün vəsait ayırır, dəstək olur. Ermənistan regionda sülh və sabitlik tərəfdarıdırsa, silahlanma kontekstində addımları sual doğurur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi