"Ermənistan yalnız sözlə deyil, addımları ilə də sülhə sadiqliyini göstərməlidir" - DEPUTAT
"Bu bəzi qüvvələr Azərbaycan-Ermənistan arasındakı davam eden sülh prosesinə maneə törədərək iki ölkə arasında yenidən münaqişə yaratmağa çalışır".
Bunu Sonxeber.az-danisan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, tarix boyu Ermənistan Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməyə çalışan qüvvələrin əlində oyuncaq olun. Təəssüf ki, bu proses yenə də davam edir. Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca xarici qüvvələr daxildə olan əlaltılarından istifadə edib mövcud normallaşma və həssas sülhə ziyan olacaq addımlar atırlar. Bu gün nədənsə ortaq sülh gündəliyinə zərbə vurmaq istəyənlərlə bağlı Ermənistandan gözlənilən hər hansı adekvat cavab tədbirləri görülmür. Bundan istifadə edən regiondan kənar qüvvələr Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına sistemli şəkildə müdaxilə etməyə davam edirlər. Görünür bu proses Ermənistanı narahat etmir. Bu da bir daha Cənubi Qafqazda davamlı sülhün qurulması yükünü əsasən Azərbaycanın daşıdığını sübut edir".
Deputat vurğulayıb ki, əgər Ermənistan həqiqətən sülhə maraqlıdırsa Ermənistan rəsmiləri açıq şəkildə Azərbaycan əleyhinə olan bütün təxribatların qarşısını almalı, Cənubi Qafqazda sabitliyi pozmağa çalışan qüvvələrin əlində oyuncaq olmamalıdır:
"Ermənistan yalnız sözlə deyil, addımları ilə də sülhə sadiqliyini göstərməlidir.Bu gün Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar. Amma Ermənistan öz ərazi bütövlüyünə hörmət tələb etdiyi halda, Azərbaycanın ərazi bütövlüyünü sual altına alan fəaliyyətlərə mane olmur. Əksinə fəaliyyətsizliyi ilə dəstək göstərir.
Bəzi Avropa institutları, xüsusilə də Avropa Parlamenti və Fransa kimi ölkələrin siyasətçiləri neytral davranmırlar, birtərəfli qaydada Ermənistanı dəstəkləyirlər. Onların ölkəmizə qarşı verdiyi bəyanatlar və qəbul etdikləri qərəzli qətnamələr regionda balansı pozur, sülh və sabitliyə zərər vurur. Heç kime sirr deyil ki, bu gün Ermənistan sürətlə silahlanır. Fransa, Hindistan və bir sıra Qərb dövlətləri bu prosesdə Ermənistana dəstək göstərir. Məqsəd isə bəllidir. Yaxşı olar ki Ermənistan ondan istifadə edən qüvvələrə deyil, cənab prezident İlham Əliyevin məsləhətinə əməl etsin və 44 günlük Vətən müharibəsindəki, 1 günlük anti-terror əməliyyatındakı biabırçı məğlubiyyətini unutmasın".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi