Azərbaycan Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərəcəkmi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu gün hamını maraqlandıran sual Ermənistanda keçiriləcək parlament seçkilərinə Azərbaycan müşahidə heyəti göndərəcəkmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycandan mütəmadi olaraq başqa ölkələrdə keçirilən seçkilərə müşahidəçilər gedir:
"Bu əsasən üzv olduğumuz dövlətlərin beynəlxalq təşkilatların parlament assambleyasının və ya seçki keçirilen ölkənin Mərkəzi Seçki Komissiyasının Azərbaycana müraciət edərək müşahidəçi göndərməsini xahiş etməsi reallaşır. Bu gün biz Ermənistanın da olduğu bir çox beynəlxalq təşkilatlara üzvük. Əgər həmin təşkilatlardan və ya Ermənistan Mərkəzi Seçki Komissiyasından ölkəmizə müraciət olunarsa əlbəttə ki, müşahidəçi kimi seçkilərdə iştirak edə bilərik. Düşünürəm ki, Bu məsələ müzakirə oluna bilər. Nəzərə alsaq ki, Azərbaycan-Ermənistan arasında artıq normal qonşuluq münasibətləri ilə bağlı ilk addımlar atılıb. Ermənistan Konstitusiyasında da dəyişiklik olarsa artıq sülh müqaviləsi bağlanılacaq və normal diplomatik münasibətlərə qurulacaq"ol.
Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev də suala cavab olaraq söyləyib ki, bu məsələ ilk növbədə seçkilərin hansı formatda keçiriləcəyindən, beynəlxalq müşahidə missiyalarına dəvətin olub-olmamasından və ikitərəfli siyasi münasibətlərin səviyyəsindən asılıdır:
"Mövcud reallıqda Azərbaycanın rəsmi müşahidə heyəti göndərməsi real görünmür.
Çünki iki ölkə arasında hələ tam normallaşma başa çatmayıb, sülh müqaviləsi imzalanmayıb və etimad mühiti tam formalaşmayıb. Belə şəraitdə Azərbaycan tərəfinin rəsmi müşahidə missiyası göndərməsi siyasi baxımdan aktual məsələ deyil.Amma ümumilikdə, Azərbaycan üçün əsas məsələ Ermənistan daxilində hansı qüvvənin hakimiyyətə gəlməsi yox, həmin hakimiyyətin beynəlxalq hüquqa hörmət etməsi, ərazi iddialarından imtina etməsi və sülh sazişinə sadiq qalmasıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi