"Ermənistanda hər seçki öncəsi anti-Azərbaycan ritorikasından siyasi dividend qazanmaq istəyən qruplar fəallaşır" - Bəhruz Quliyev
"Ermənistanda qarşıdan gələn parlament seçkiləri təkcə bu ölkənin daxili siyasi hadisəsi deyil, eyni zamanda regionun təhlükəsizlik gündəliyinə birbaşa təsir edən mühüm prosesdir".
Bunu Sonxeber.az-a danışan Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Bəhruz Quliyev qeyd edib ki, təcrübə göstərir ki, Ermənistanda hər seçki öncəsi revanşist dairələr, xarici havadarların təsiri altında olan qüvvələr və anti-Azərbaycan ritorikasından siyasi dividend qazanmaq istəyən qruplar fəallaşırlar. Bu baxımdan növbəti seçki mərhələsi də istisna olmayacaq. Sözsüz ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Qafqazda sabitliyi pozmağa çalışan və Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesinə maneə törədən qüvvələr yenidən aktivləşəcək. Hazırda Ermənistanda seçkiqabağı dövrdə daxili auditoriyanı səfərbər etmək üçün ənənəvi olaraq xarici düşmən obrazı yaradılır. Bu dəfə də müəyyən siyasi dairələrin Azərbaycanla sülh gündəliyinə qarşı çıxaraq sərhəddə gərginlik yaratmaq, informasiya manipulyasiyası aparmaq, beynəlxalq platformalarda əsassız iddialar səsləndirmək cəhdləri mümkündür".
Bəhruz Quliyev vurğulayıb ki, seçki ərəfəsində rəsmi İrəvanın qarşısında iki yol var:
"Ya regionda davamlı sülhə xidmət edən real addımlar atmaq, kommunikasiyaların açılması, delimitasiya və sülh sazişi istiqamətində irəliləmək, ya da daxili siyasi maraqlara görə köhnə revanşist siyasətə qayıtmaq. Birinci yol Ermənistanın dövlət maraqlarına xidmət edir, ikinci yol isə onu yenidən təcridə, ağır duruma aparacaq. Azərbaycan dəfələrlə əməli işi ilə göstərib ki, regionda sabitlik və əməkdaşlıq tərəfdarıdır. Lakin hər hansı təxribat və ya manipulyasiya cəhdinə qarşı da qətiyyətli mövqeyini qoruyacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi