MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib.
Bu barədə Sonxeber.az-a MEDİA-dan məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.
Müsabiqəyə təqdim edilən materiallar:
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
- ən yaxşı reportaj;
- ən yaxşı ictimai-siyasi təhlil;
- ən yaxşı sosial-iqtisadi təhlil;
- ən yaxşı müsahibə;
- ən yaxşı mədəniyyət materialı;
- ən yaxşı köşə yazısı;
- ən yaxşı jurnalist araşdırması;
- ən yaxşı oçerk.
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
- ən yaxşı ictimai-siyasi reportaj;
- ən yaxşı sosial-iqtisadi reportaj;
- ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.
Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 (beş) jurnalist və 5 (beş) operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 20 may 2026-ci il 18:00 tarixinədək davam edəcəkdir.
MEDİA - fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan tanış ola bilərsiniz.
Müsabiqə qaydaları
Müraciət forması
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 131 Tarix: 13 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zamanı sözlə danışdıran yazıçı - Elçinin xatirəsi anılıb
Yazıçı, dramaturq, ədəbiyyatşünas alim və ictimai-siyasi xadim Elçin Əfəndiyevin anadan olmasının 83 illiyi tamam olur. Bu gün Birinci Fəxri Xiyabanda dəfn olunan Elçin Əfəndiyevin məzarı ziyarət edilib. Ailəsi, sənət yoldaşları, dostları toplaşıb, xatirəsi anılıb, məzarı üstünə güllər düzülüb. Elçi
13 mayHərbçilərimiz Kəlbəcərdə minaya düşdü
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdak
11 mayHərbçilərimiz ermənilərin gedərkən basdırdığı minaya düşüb
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. "Qafqazinfo" xəbər verir ki, bu, işğaldan azad edilmiş ərazilərdə baş verən il
12 mayTanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında
"UĞUR 77" estetik mərkəzdə yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyeva barədə açılan cinayət işinin məhkəmə araşdırması başlayıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxr
12 mayAzərbaycanda hantavirus yayılıb? (RƏSMİ)
Bir sıra Avropa ölkələrində hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxma faktları varmı?. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarə
12 mayYuxu pozuntuları psixoloji problemlərin xəbərçisidir? - AÇIQLAMA
Yuxu insan psixikasının ən həssas göstəricilərindən biridir və çox vaxt daxildə baş verən emosional dəyişikliklər ilk olaraq məhz yuxu rejimində özünü göstərir. Son dövrlərdə yuxuya getməkdə çətinlik, tez-tez oyanma və ya keyfiyyətsiz yuxu kimi şikayətlərin artması bu mövzunu daha da aktuallaşdırır
12 mayLondonda azərbaycanlı qadın vəfat etdi - Foto
İngiltərədə azərbaycanlı qadın vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Xeyli müddətdir bu ölkədə yaşayan Natəvan Qasımzadə dünyasını dəyişib. 34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilib. Qeyd edək ki, N.Qasımzadə "Westminster"
12 maySabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək. "Qafqazinfo"nun xəbərinə görə, bu barədə "AzParking MMC"nin məlumatında bildirilib. Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyya
11 may