Məşhur generalın xanımı vəkilliyə başladı
Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova vəkillik fəaliyyətinə başlayıb.
Modern.az xəbər verir ki, vəkil kimi and içən Salmanova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub.
Hüquqşünas kimi bir sıra vəzifələrdə çalışan Sona Salmanova Milli Məclisinin qərarı ilə 4 iyul 1998-ci ildə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. 16 dekabr 2005-ci ildə isə Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyinat alıb.
Əməkdar hüquqşünas 2025-ci ildə Konstitusiya Məhkəməsinin sədr müavini postunda səlahiyyətlərini başa vurmuşdu.
Qeyd edək ki, Sona Salmanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlxanovun həyat yoldaşıdır.
Hüseyn Əlixanov 2004-cü ildən Ədliyyə orqanlarında xidmətə başlayıb. Əvvəlcə Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları Baş idarəsinin rəisi təyin edilib.
2007-ci ildən 2018-ci ilə qədər isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini işləyib.
Xatırladaq ki, Hüseyn Əlixanovun adı 2018-ci ilin oktyanrında məhbuslar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatar vaqonundan qaçması ilə gündəmə gəlmişdi. Məhz həmin hadisədən sonra general tutduğu vəzifədən azad edilmiş, qarovul rəisi olan bacısı oğlu Ceyhun Səmədov isə saxlanılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1386 Tarix: 13 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabrŞahin Hüseynli vəzifələrindən azad edildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib. -ın əldə etdiyi məlumatına görə, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb. Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yen
18 sentyabrGeneral Allahverdiyev dəfn olundu - Fotolar
Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Hərbi Memorial Məzarlıqd
18 sentyabrBakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyad şərtidir) hamilə olması müəyyənləşib
18 sentyabr