Şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildi

Şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildi13 may 2026-cı ildə Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə çərçivəsində "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən nəşr olunan növbəti kitabın təqdimat mərasimini keçirib.
"Baku Book Center" - Bakı Kitab Mərkəzində baş tutan tədbirdə Vətən müharibəsi şəhidi, baş leytenant, "Azərbaycan Bayrağı" ordenli Vüsal Sübbuh oğlu Babayevin həyat və döyüş yoluna həsr olunan "Şəhidlik and yeridir..." kitabı ictimaiyyətə təqdim edilib. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəzakət Məmmədovanın müəllifi olduğu kitab şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ərsəyə gətirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri aparan tanınmış aparıcı Jalə Həsənli çıxış edərək bildirib ki, "Şəhidlik and yeridir..." kitabı yalnız bir şəhidin həyat hekayəsi deyil, bütöv bir qəhrəmanlıq salnaməsidir. O qeyd edib ki, Vüsal Babayev uşaqlıq illərindən Vətəninə, bayrağına və dövlətinə bağlı bir gənc kimi yetişib, hərbi xidmətində peşəkarlığı, intizamı və insanlığı ilə seçilib. Xidmət etdiyi illərdə müxtəlif fəxri fərmanlar, sertifikatlar və mükafatlarla təltif olunan Vüsal Babayev Vətən müharibəsində göstərdiyi igidlik və fədakarlıqla adını Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrinə yazdırıb.
Aparıcının çıxışından sonra şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra söz Bakı Kitab Mərkəzinin rəhbəri, yazıçı Günel Anarqızına verilib. O çıxışında bildirib ki, Vüsal Babayev və digər qəhrəmanlarımız həyatlarını Vətən yolunda fəda ediblər və onların xatirəsi heç vaxt unudulmayacaq.
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Respublika Xatirə Kitabı Redaksiyasının gördüyü işləri yüksək qiymətləndirib. O bildirib ki, Nəzakət Məmmədova və rəhbərlik etdiyi redaksiya şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində böyük əzmlə çalışır, çoxsaylı kitablar və filmlər ərsəyə gətirir. Rəşad Məcid Vüsal Babayevə həsr olunan kitabı "çox təsirli və gələcək nəsillər üçün dəyərli yaddaş kitabı" adlandırıb.
Millət vəkili Ceyhun Məmmədov çıxışında vurğulayıb ki, Azərbaycan xalqının qazandığı tarixi Zəfərin gələcək nəsillərə çatdırılmasında bu cür kitabların xüsusi əhəmiyyəti var. O qeyd edib ki, şəhid ailələrinin mənəvi dəstəyə ehtiyacı var və belə nəşrlər həmin ailələr üçün böyük təsəlli mənbəyidir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov kitabda şəhidin döyüş və sinif yoldaşlarının, qonşularının və ailə üzvlərinin xatirələrinin yer aldığını bildirərək nəşri çox dəyərli toplu kimi qiymətləndirib.
Şəhid Vüsal Babayevin müəlliməsi, Pirallahı rayon 186 nömrəli tam orta məktəbin müəllimi Əsli müəllimə çıxışında Vüsalın məktəb illərindən fərqlənən, Vətəninə və dövlət atributlarına bağlı bir şagird olduğunu bildirib. O qeyd edib ki, Vüsal həm davranışı, həm də savadı ilə müəllimlərinin və sinif yoldaşlarının rəğbətini qazanıb.
Tədbirdə çıxış edən şəhidin əsgəri Tural Allahverdiyev Vüsal Babayevi cəsur komandir, əsgərlərinin qayğısına qalan və bir tikə çörəyini belə onlarla bölüşən zabit kimi xatırladığını deyib. O bildirib ki, Vüsal Babayev həmişə ön sırada olub və əsgərlərini qoruyub.
Şəhidin həyat yoldaşı Aynur Babayeva çıxışında Vüsal Babayevin ailəsinə və Vətəninə bağlı bir insan olduğunu bildirib. O qeyd edib ki, Vüsal hər zaman ailəsinin onunla fəxr edəcəyini deyirdi və bu gün ailəsi onun qəhrəmanlığı ilə qürur duyur. Aynur Babayeva bildirib ki, Vüsalın xatirəsini yaşatmaq üçün ən böyük arzularından biri onun haqqında kitab yazdırmaq olub və bu missiyanı məhz Nəzakət Məmmədovaya etibar edib.
Tədbirdə şəhidin qızı Selcan Babayeva mahnı ifa edib. Kövrək anların yaşandığı ifa iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycanın Xalq şairi, "Şərəf" ordeni laureatı Vahid Əziz çıxışında "Mənim yaram ağrıyır, sənin haran ağrıyır" el misalını səsləndirərək bildirib ki, bu gün həmin ağrını şəhidin atası Sübbuh Babayev, anası Əntiqə xanım, həyat yoldaşı Aynur xanım və övladları Selcan ilə Rüqəyyə yaşayır.
Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı-publisist Zemfira Məhərrəmli çıxışında bildirib ki, şəhidlik hər insana nəsib olmur və Vüsal Babayev kimi qəhrəmanların həyat yolu daim yazılmalı, gələcək nəsillərə çatdırılmalıdır. O, kitabın bədii-publisistik üslubunu, dilini və tərtibatını yüksək qiymətləndirib.
Şair-publisist, ehtiyatda olan zabit Rafael Tağızadə çıxışında bildirib ki, şəhidlər haqqında danışmaq həm qürurverici, həm də ağırdır. O vurğulayıb ki, şəhidlər Azərbaycan xalqını məğlub xalq damğasından xilas ediblər.
Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova Respublika Xatirə Kitabı Redaksiyasının gördüyü işləri yüksək qiymətləndirərək bildirib ki, Nəzakət Məmmədovanın şəhidlərin xatirəsinin yaşadılması istiqamətində gördüyü işlər ölçüyəgəlməzdir.
Tədbirdə bədii qiraət ustası Ülviyyə Əbülfəzqızı tərəfindən vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olunub.
Kitabın müəllifi, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında bildirib ki, əsas məqsəd heç kimin unudulmaması, şəhidlərin adlarının daim yaşadılmasıdır. O qeyd edib ki, Vüsal Babayev haqqında kitabın yazılması ideyası şəhidin həyat yoldaşı Aynur Babayevanın istəyi ilə ərsəyə gəlib.
Tədbirin təşkilatçısı, tanınmış jurnalist Fuad Mədətov çıxışında bildirib ki, "Şəhidlər ölməz, Vətən bölünməz" ifadəsi sadəcə bir şüar deyil, şəhidlərimizin canı və qanı bahasına yazılmış xalq həqiqətidir. O qeyd edib ki, Vüsal Babayev kimi qəhrəman oğullar məhz öz həyatları bahasına Azərbaycan xalqına qalibiyyət qüruru yaşadıblar. Fuad Mədətov vurğulayıb ki, bu gün təqdim olunan kitab yalnız bir şəhidin həyat yolundan deyil, bütöv bir Vətən sevgisindən və qəhrəmanlıq ruhundan bəhs edir. O əlavə edib ki, Vüsal Babayev cismən aramızda olmasa da, onun ruhu, adı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq.
Sonda tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının "Muğam (xanəndə)" kafedrasının baş müəllimi, Opera və Balet Teatrının solisti, tanınmış xanəndə Vüqar Əliyev və Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən IX "Muğam" Televiziya Müsabiqəsinin qalibi Rauf Cəfərov muğam ifaları ilə çıxış ediblər. Xanəndələri tarda Poldaxan Baxşıyev və kamançada Fərid Qədirov müşayiət ediblər.
Qeyd edək ki, Vüsal Babayev 8 yanvar 1992-ci ildə Pirallahı rayonunda anadan olub. 1999-2010-cu illərdə Pirallahı rayon 186 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2014-cü ildə leytenant rütbəsi ilə məzun olub. Sonradan baş leytenant rütbəsinə yüksəlib, müxtəlif hərbi hissələrdə, o cümlədən ağır artilleriya komandiri vəzifəsində xidmət edib.
Vətən müharibəsi zamanı Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas etməyə çalışarkən qəhrəmancasına şəhid olub.
Şəhid baş leytenant Vüsal Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
İki övladı - Selcan və Rüqəyyə yadigar qalan Vüsal Babayevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ailəsi tərəfindən onun şəxsi əşyaları Azərbaycan İstiqlal Muzeyinə təqdim olunub, Pirallahı rayonundakı məktəblərdən birinə isə şəhidin adı verilib.
Yaddaşlarda mərd, qayğıkeş və cəsur komandir kimi qalan Vüsal Babayevin həyat və döyüş yoluna həsr olunan "Şəhidlik and yeridir..." kitabı şəhidimizin xatirəsini yaşadan mühüm mənəvi abidələrdən biri kimi dəyərləndirilir.

Fotoların müəllifi Rüstəm İsmayılovdur.

Şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildiŞəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 119   Tarix: 14 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021