Okeandan heç vaxt çıxmayan, ayaqları olan məxluq tapıldı
Paleontoloqlar qırxayaqların çoxsaylı ayaqlarının mənşəyi ilə bağlı 437 milyon illik sirrin üstünü açıblar. Alimlər onların sualtı əcdadlarının quruya çıxış prosesində necə rol oynadığını müəyyən ediblər.
Lent.az "Daily Galaxy"ə istinadla xəbər verir ki, paleontoloqlar əvvəllər məlum olmayan qədim su artropodunun fosillərini aşkar ediblər. Bu tapıntı göstərir ki, müasir qırxayaq və minayaq kimi canlıların əcdadları özlərinə xas çoxsaylı ayaqları quruya çıxmazdan milyonlarla il əvvəl, hələ suda yaşayarkən inkişaf etdiriblər.
Brandon Bridge formasiya zonasında, Vaukeşa yaxınlığında tapılan fosillərin yaşı təxminən 437 milyon il hesab olunur. Bu tapıntılar qədim dünyanın necə göründüyü barədə alimlərə nadir məlumat verir.
35 ədəd olduqca yaxşı qorunmuş nümunənin aşkar edilməsi alimlərə adətən fosilləşmə zamanı itən əzələ toxumasını və digər yumşaq toxuma detallarını araşdırmaq üçün nadir imkan yaradıb.
Yumşaq bədənli orqanizmlərin mükəmməl qorunması ilə tanınan "Waukartus muscularis" fosilləri müasir qırxayaq və minayaqlara heyrətamiz dərəcədə bənzəyir. Onların uzun, seqmentləşmiş bədəni və ən azı 11 cüt ayağı olub. Məxluqun baş hissəsindən sonra uzun gövdə yerləşib və bəzi ətraflar ölçülərinə görə bir-birindən fərqlənib.
Tədqiqat müəllifləri yazıblar: "Onların daha qısa olması yerimək üçün uyğunlaşmadığını, əvəzində hissiyyat və ya qidalanma funksiyalarında ixtisaslaşdığını göstərə bilər. Lakin qidalanma üsulu məlum deyil. "Waukartus muscularis"un gövdəsi elastik olub. Bunu əyilmiş fosillər və ardıcıl seqmentlər arasındakı örtüşmələrin müxtəlifliyi göstərir".
Bu kəşfin ən diqqətçəkən tərəflərindən biri təkşaxəli ətrafların, yəni budaqlanmayan ayaqların qorunub qalması olub. Bu xüsusiyyət quru artropodları üçün xarakterik hesab olunur.
Qədim dövrdə yaşamış digər su artropodlarından fərqli olaraq, "Waukartus muscularis"un ayaqları budaqlanmamış formada olub. Yəni, bu ətraflar suda yaşamaq üçün formalaşsa da, quru həyatına keçid üçün də uyğunlaşmış hesab edilir. Tədqiqatçıların qeyd etdiyi kimi, həmin dövrdə əksər su artropodlarının üzməyə kömək edən budaqlanmış ayaqları olurdu.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 806 Tarix: 14 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Televizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir
Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə
14 sentyabrƏn sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
15 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrXalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
Qədim inanclara görə, evdə olan ən adi əşyalar belə maddi rifaha və pul bəxtinə təsir göstərə bilər. Pul kisəsində dəfnə yarpağı saxlamaq, qapının ağzındakı xalçanın altına qəpik qoymaq və ya pul kisəsini heç vaxt tam boş buraxmamaq bu cür inanclar sırasındadır. Ən məşhur inanclardan biri giriş qapısını
13 sentyabrİtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabrÜzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər - VİDEO
Geyindiyimiz paltarlar bəzən dərimizdə dərin izlər buraxır. Hətta üzdə və gözlərin ətrafında şişkinliyə gətirib çıxarır. Bəs bu əlamətlər hansı hallarda ciddi siqnal hesab olunur?. Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən allerqoloq Ramil Qocayev bildirib ki, bədənlə təmasda olan geyimlər və digər vasitələ
13 sentyabrRadiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
İstilik mövsümü başlamazdan əvvəl radiatorları üzərində və içərisində yığılan tozdan təmizləmək lazımdır. Bunu radiatoru sökmədən, adi tullantı paketi və saçqurudan fen vasitəsilə etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, uzun müddət istifadə olunmayan radiatorların dar aralıqlarınd
14 sentyabr